REGİONLAR
Naxçıvan Dövlət Milli Dram Teatrında "Herostratı unudun" tamaşasının premyerası olub






Naxçıvan, 26 yanvar, AZƏRTAC
Yanvarın 25-də Naxçıvan Dövlət Milli Dram Teatrında Qriqori Qorinin məşhur "Herostratı unudun" əsərinin eyniadlı tamaşasının premyerası baş tutub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tamaşanın baş rejissoru Mir Qabil Əkbərovdur.
Tamaşa qədim Efes şəhərində baş verən hadisələri əks etdirir. Əsər insanın şöhrətpərəstlik və mənəvi dəyərlər arasında qalmasını bədii şəkildə təqdim edir. Qorinin əsəri keçmiş dövrlərə aid olsa da, öz müasirliyini itirməyib və insan cəmiyyətindəki əbədi problemləri qabardır.
Premyerada teatrın tanınmış aktyor heyəti iştirak edib. Tamaşanın səhnə tərtibatı və musiqi müşayiəti də diqqət çəkib və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Premyeradan sonra teatrsevərlər rejissora və aktyor heyətinə minnətdarlıq ifadə ediblər.