NAXÇIVAN MR-DƏ ATS-LƏR YENİ NÖMRƏLƏNMƏ SİSTEMİNƏ KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının avtomat telefon stansiyaları yeni nömrələnmə sisteminə keçmişdir. Beləliklə, 30 mindən çox yeni abunəçiyə telefon çəkmək imkanı yaranmışdır.
İlin əvvəlindən bəri əhaliyə 5 milyard 728 milyon manatlıq rabitə xidməti göstərilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.