Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 13 may, AZƏRTAC
Mayın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb. Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri qonağın bu səfərinin Naxçıvanın tarixi, mədəni irsi və müasir inkişafı ilə tanışlıq üçün yeni imkanlar açacağını qeyd edib, səfirə işlərində uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Rafael Harpaz dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvana növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. İsrail-Azərbaycan münasibətlərinə toxunan səfir ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirildiyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]