Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası investisiya reytinqinin lideridir

Naxçıvan, 23 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqini hazırlayıb. Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 23-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası davamlı inkişaf yoluna qədəm qoyub. İqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam edib. Ümumi daxili məhsulun həcmi artaraq 2 milyard 701 milyon 663 min manat olub, 2017-ci ildə 967 milyon manatdan artıq sənaye məhsulu istehsal edilib. Əgər 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, hazırda bu müəssisələrin sayı 7,9 dəfə artaraq 442-yə çatıb. Muxtar respublikada 372 növdə məhsulun istehsal olunması, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Son illər güzəştli dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 254 heyvandarlıq, 84 quşçuluq, 15 balıqçılıq, 104 arıçılıq, 65 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min ton olan 31 soyuducu anbar, ümumi sahəsi 128 min 162 kvadratmetr olan 21 istixana kompleksi, 19 taxıl еmalı müəssisəsi yaradılıb.

Qeyd olunub ki, məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə son illər rayon və kəndlərdə 714 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Bütün bunların nəticəsidir ki, 2017-ci ildə ümumilikdə aqrar sektorda 453 milyon 365 min manatlıq məhsul istehsal olunub. Ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 8,5 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Əvvəllər muxtar respublikada cəmi bir elektrik stansiyası vardısa, bu gün enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb. Ötən il müasir yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib, 70,5 kilometr uzunluğunda avtomobil yolları salınıb, 12 körpü tikilib və ya yenidən qurulub, muxtar respublikaya xarici ölkələrdən 410 mindən çox turist gəlib. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 98 faizi genişzolaqlı, 99 faizi isə simsiz internet xidməti ilə təmin olunub, 4G mobil rabitə xidməti istifadəyə verilib. 2000-ci ildən ötən dövr ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 1244 layihənin maliyyələşdirilməsinə 136 milyon 182 min manatdan çox güzəştli kreditlər ayrılıb. 2003-cü ildən ötən müddətdə muxtar respublika üzrə 71 mindən artıq yeni iş yerləri yaradılıb. Bu müddət ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 1995-ci illə müqayisədə 24,2 dəfə artaraq 2017-ci ildə 459 milyon 889 min ABŞ dollarına çatıb, xarici ticarətdə 386 milyon 751 min ABŞ dolları həcmində müsbət saldo yaranıb, 50-dən çox xarici ölkə ilə ticarət əlaqələri aparılıb.

“Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev Naxçıvan Muxtar Respublikasının investisiya reytinqində ilk yeri tutmasını və bununla bağlı tədbirin Heydər Əliyev Muzeyində keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Qeyd olunub ki, “Caspian European Club” dünyanın 70 ölkəsində investisiya reytinqi hazırlayır və hər bir ölkədə lider region seçir. “Caspian European Club”un sədri cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, reytinq siyahısı hazırlanarkən müşahidə edilən müsbət hallar ölkəmizdə tətbiq olunsun. 2017-ci il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində ilk pillədə qərarlaşması xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Xüsusilə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox olması, yüksək standartlara uyğun yeyinti məhsullarının istehsal olunması, müasir turizm infrastrukturu, biznes və investisiya mühiti üçün yaradılan şərait ekspertlər tərəfindən düzgün idarəetmənin nəticəsi kimi dəyərləndirilib.

Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Ali Məclisin Sədrinə “Caspian European Club”un mükafatını təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Hər bir ölkə inkişafa nail olmağa çalışır. Lakin o ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi təmin olunub. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırmış, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ötən dövrdə istifadəyə verilən məktəb binaları, olimpiya idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

Qeyd olunub ki, bu gün Ümummilli Liderimizin arzuları ölkə Prezidentinin diqqət və qayğısı ilə həyata keçirilir. 25 ildən artıq bir dövrdə blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada sabitlik və inkişafa nail olunub, etibarlı müdafiə sistemi yaradılıb. Daxili imkanlardan səmərəli istifadə və həyata keçirilən iqtisadi islahatlar nəticəsində ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Şəhər və rayon mərkəzlərindən ən ucqar dağ və sərhəd kəndlərinə qədər, bütün yaşayış məntəqələri qazlaşdırılıb, mənzillərə fasiləsiz elektrik enerjisi verilir, əhaliyə dayanıqlı rabitə və sürətli internet xidməti göstərilir.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidentinin qayğısı ilə bu gün Azərbaycanın bütün regionlarında davamlı inkişaf təmin edilib. Sağlam rəqabət mühiti formalaşıb. Yaradılmış inkişafın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır. Təbii ki, muxtar respublikamız bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, Ümummilli Liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olmuşdur.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirib.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərdə əməyi olan bütün muxtar respublika sakinlərinə, sahibkarlara və dövlət qulluqçularına, əmin-amanlığın təmin olunmasındakı xidmətlərinə görə hüquq-mühafizə orqanlarına, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinə təşəkkür edib.

Ali Məclisin Sədri sağlam rəqabət mühiti formalaşdırdığına, nəticələrin düzgün qiymətləndirilməsinə görə “Caspian European Club”a da təşəkkür edib və əminliyini bildirib ki, reytinqin nəticələri muxtar respublikada yeni investisiyalar üçün geniş imkanlar açacaq, Naxçıvan Muxtar Respublikası bundan sonrakı illərdə də Azərbaycanın inkişafına öz töhfəsini verəcəkdir.

Muxtar respublika ictimaiyyəti və ziyalılar adından çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev deyib ki, Naxçıvan ölkəmiz üçün həmişə strateji əhəmiyyətli bir diyar olub. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil üstün yer tutub. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycanın bütün regionları kimi, Naxçıvanın da hərtərəfli inkişafına daim diqqət yetirib və hər səfərində burada aparılan işlərin yüksək səviyyədə və zövqlə görülməsini dəfələrlə vurğulayıb.

İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın ictimaiyyəti və ziyalıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün investisiya reytinqində yüksək bal toplayaraq ilk yeri tutması burada aparılan davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir. Ziyalılar və elmi müəssisələrin işçiləri sadə adamlarla tez-tez ünsiyyətdə olurlar. Xoşdur ki, bütün sahələrdə, o cümlədən sosial sahələrdə həyata keçirilən tədbirlər insanlarda əminlik yaradır. Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Bu gün səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri, mürəkkəb cərrahiyyə əməliyyatları aparılır ki, 20 il bundan əvvəl biz bunları ancaq arzu edə bilərdik. Muxtar respublikada 200-dən çox təhsil müəssisəsi yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Muxtar respublikada təhsil sahəsində görülən işlərin nəticəsidir ki, ölkəmizin ali təhsil sistemində ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Təhsil Mərkəzləri yaradılıb. Akademiyanın Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında distant dərslər keçirilir, elmi dərəcəli müəllimlərin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil olunur. 90-cı illərin ortalarında Naxçıvan Muxtar Respublikasında cəmi 4 elmlər doktoru, 162 fəlsəfə doktoru vardısa, hazırda 2 akademik, akademiyanın 9 müxbir üzvü, 40-dan çox elmlər doktoru, 300-ə yaxın fəlsəfə doktoru fəaliyyət göstərir. Milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına böyük diqqət göstərilib, 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınıb və pasportlaşdırılıb, 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa edilib. Muxtar respublikanın inkişaf və quruculuq mərhələsinə gəlib çatması asan başa gəlməyib. Görülən işləri gözlərimiz önünə gətirdikdə böyük zəhmət, düşünülmüş siyasət, düzgün və ədalətli idarəetmə, uzaqgörənlik, ümummilli lider Heydər Əliyev ideyalarına sadiqlik görürük. Budur Naxçıvan Muxtar Respublikasını inkişafa qovuşduran əsas amillər.

İsmayıl Hacıyev əldə edilmiş yüksək nailiyyətlərə görə muxtar respublikanın ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib