Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

Naxçıvan, 7 iyul, AZƏRTAC

İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə əsasən yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu il taxılın kiloqramı 60, arpanın kiloqramı isə 48 qəpikdən qəbul olunur. Görülən işlərə baxmayaraq taxılçılıq sahəsində məhsuldarlığa tam nail olunmayıb. Xüsusən aqrotexniki qaydalara ciddi əməl edilmir. Nəticədə məhsuldarlıq aşağı düşür. Bunların da qarşısı alınmalıdır. Bu gün o ölkələr problem yaşayırlar ki, orada ərzaq və enerji təhlükəsizliyi, sabitlik təmin edilməyib. Lakin ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, muxtar respublikada da ərzaq və enerji təhlükəsizliyi təmin olunub. Qarşıda duran əsas vəzifə muxtar respublikada strateji məhsul olan taxıl istehsalını artırmaqdır.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, məhsul istehsalçılarına subsidiyaların, mineral gübrələrin, kimyəvi dərmanların, güzəştli kreditlərin verilməsi, müasir meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, meyvə-tərəvəz emalı müəssisələrinin, istixana komplekslərinin yaradılması, taxıl və soyuducu anbarların həcminin artırılması nəticəsində əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilib. Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Bu il muxtar respublika üzrə əkin sahələrində aparılmış müşahidələr göstərir ki, taxıl zəmilərində bol məhsul yetişdirilib. Elşad Əliyev kənd təsərrüfatı sahəsində yaradılan şəraitə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru Əbülfət Əhmədov və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri sırasında taxıl istehsalı xüsusi yer tutur. Taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır, bu sahəyə dövlət dəstəyi ilbəil artırılır. Hazırda muxtar respublikada ümumi tutumu 27 min ton olan taxıl ehtiyatı anbarı, 14 taxıl emalı müəssisəsi və 6 su dəyirmanı fəaliyyət göstərir. Həmçinin daxili bazarın qorunması, texnika və toxum təminatı, mütərəqqi suvarma şəbəkələrinin qurulması, subsidiyaların və gübrələrin verilməsi taxılçılıqla məşğul olanlar üçün geniş imkanlar açmışdır. Taxıl istehsalının artırılmasının digər bir səbəbi də buğda və arpanın sərfəli qiymətlərlə alınmasıdır. Naxçıvan Muxtar Respublikasının torpaq balansına əsasən kənd təsərrüfatına yararlı torpaqların 36 faizi, yəni 64 min hektardan çoxu əkin altındadır ki, bunun da 82 faizi - 52 min hektardan çoxu suvarılan sahələrdir. Muxtar respublikanın əkin strukturunda taxıl sahələri ümumi əkilən ərazilərin 52 faizini təşkil edir. Bu da onu deməyə əsas verir ki, taxılçılığın inkişafına əkin sahələrinin genişləndirilməsi ilə deyil, məhsuldarlığın artırılması yolu ilə nail olmaq lazımdır.

Ümummilli liderimiz Heydər Əliyevin “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq” fikirlərini xatırladan Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib: Ulu Öndərin tövsiyələrinə uyğun olaraq muxtar respublikada strateji ərzaq məhsulu olan taxılçılığın inkişafı bundan sonra da aid qurumlar tərəfindən diqqətdə saxlanılmalı, məhsuldarlıq artırılmalıdır. Taxıl istehsalında yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, elit və yüksək reproduksiyalı toxumlardan istifadə mühüm əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın toxuma olan illik tələbatını müəyyənləşdirməli, “Araz” Elm İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatlarında və Naxçıvan Toxumçuluq Mərkəzində məhsuldar toxum sortları yetişdirilməli, torpaq mülkiyyətçiləri sertifikatlaşdırılmış toxumlarla təmin olunmalıdırlar.

Ali Məclisin Sədri deyib: Dəmyə əkininin böyük iqtisadi əhəmiyyəti vardır. Muxtar respublikada taxılçılıqda dəmyə üsulundan istifadə qarşıda duran əsas vəzifələrdəndir. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti muxtar respublika üzrə dəmyə əkin sahələrinin xəritəsini hazırlamalı, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri isə tam şəkildə əkinini aparmalıdırlar. Taxılçılıqda qarşıya qoyulan hədəf hektardan məhsuldarlığın yüksəldilməsidir. Lakin bəzi hallarda müşahidə edirik ki, eyni torpaq və iqlim xüsusiyyətlərinə malik ərazilərdə əkin aparılmasına baxmayaraq, istehsal olunmuş taxılın həcmi sahənin potensial imkanlarından aşağıdır. Ötən il Şərur rayonunda hektardan həm 65-70 sentner, həm də 13 sentner məhsul götürən torpaq mülkiyyətçiləri olmuşdur. Taxıl sahələrinin normadan artıq və ya az suvarılması da məhsuldarlığı aşağı salır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyətləri taxıl əkini sahələrinə suyun aqrotexniki normalarda verilməsini təmin etməli, şoranlaşmaya qarşı tədbirlər görülməli, torpaqların münbitliyi artırılmalıdır.

“Taxılın istehsalı ilə yanaşı, emalı proseslərinə də nəzarət olunmalıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin keyfiyyətli una olan tələbatının ödənilməsi üçün taxıl emalı müəssisələrində və satış mərkəzlərində texnoloji proseslərə, məhsulun saxlanılma şəraitinə nəzarət etməlidir. 2022-ci ildə Naxçıvan şəhərində 16, Şərur rayonunda 1302, Babək rayonunda 728, Ordubad rayonunda 55, Culfa rayonunda 1949, Kəngərli rayonunda 3508, Şahbuz rayonunda 294, Sədərək rayonunda 421 hektar olmaqla, ümumilikdə 8273 hektar əkinəyararlı torpaqda əkin aparılmayıb ki, bunun da 4230 hektarı bələdiyyə, 1336 hektarı dövlət, 2707 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti verilmiş tapşırıqların icrasını diqqətdə saxlamalı, görülən işlərin nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir.

Sonra Ali Məclisin Sədri muxtar respublika üzrə taxıl biçininin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, bu ilin məhsulu üçün 32 min 567 hektarda payızlıq taxıl əkini keçirilib ki, onun 21 min 369 hektarını buğda, 11 min 198 hektarı arpadır. 899 hektarda yazlıq taxıl əkini keçirilib ki, onun da 9 hektarını buğda, 890 hektarını isə arpa əkinləri təşkil edir. Əkinlərin 908 hektarı dəmyə sahələrdir. Taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 93 taxılbiçən kombayn, 690 traktor, eləcə də digər texnika və avtomobillər hazır vəziyyətə gətirilib, zəruri ehtiyat hissələri alınıb. Bundan başqa, Naxçıvan şəhərində ehtiyat hissələrin satışı bazarı və mağazalarda da lazım olan hissələr mövcuddur. Biçində iştirak edəcək kombaynların 9-u “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 7-si “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsə, 77-si isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır. Həmçinin muxtar respublika ərazisində taxıl biçini dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün Daxili İşlər, Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri tərəfindən biçinə cəlb olan kombaynlarda yanğın-texniki müayinələr aparılıb. Eyni zamanda intensiv biçin aparılan sahələrdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının 12 yanğınsöndürmə qrupu xidmət aparır.

“Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində “Qobustan”, “Əhmədağa”, “Konya-2002”, “Fatimə”, “Bayraqdar”, eləcə də “Əzəmətli-95” alçaqboylu hibrid buğda, “Qarabağ-22”, “Qarabağ-33” arpa toxum sortlarından istifadə olunub. Payızlıq taxıl əkinlərində alaq otlarına qarşı qranstar, topik, puma super, xəstəliklərə qarşı toxumun dərmanlanması üçün rubin preparatlarından, şum altına isə superfosfat, qarışıq gübrə, yaz aylarında isə taxılın inkişafı üçün karbamid gübrəsi verilir.

Sonra Ali Məclisin Sədri “Araz” Elm-İstehsalat Birliyinin əməkdaşlarına təşəkkür edib.

Ərazidə sınaqdan keçirilən toxum sortlarına da baxış olub, 0,7 hektar ərazidə 95 toxum sortunun sınaqdan keçirildiyi bildirilib.

Ali Məclisin Sədri müşavirənin şəhər və rayonlar üzrə də keçirilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur