Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MUXTAR RESPUBLİKSININ İQTİSADİ İNKİŞAF NAZİRİ FAMİL SEYİDOVUN ÇIXIŞI

-Cənab Prezident!

Müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və qətiyyəti hesabına təməli qoyulan və cənab Prezident hazırda, Sizin tərəfinizdən uğurla davam və inkişaf etdirilən strategiya nəticəsində Azərbaycan iqtisadi artım sürətinə görə dünyada lider ölkəyə çevrilmişdir.

Kompleks inkişaf proqramları və modern ideyalar əsasında iqtisadiyyatımız dünyada analoqu olmayan sürətlə inkişaf edir, qlobal miqyasda reallaşdırılan milli neft strategiyamız Azərbaycana hər mənada böyük uğurlar gətirir.

Xalqımızın firavan yaşamasına, ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ardıcıl icrası davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaratmışdır. On altı ildən çox blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında inkişafın bütün göstəriciləri yüksələn xətlə davam etmişdir.

2004-cü illə müqayisədə 2007-ci ildə ümumi daxili məhsul 2,3 dəfə artaraq 545 milyon manata, sənaye məhsulları istehsalı 5 dəfə artaraq 123 milyon manata, kənd təsərrüfatı məhsulları istehsalı 1,6 dəfə artaraq 122 milyon manata, əsas kapitala yönəldilən investiyalar 3 dəfə artaraq 223 milyon manata, xarici ticarət dövriyyəsi 2,4 dəfə artaraq 92 milyon ABŞ dollarına, adambaşına düşən pul gəlirləri 2,3 dəfə artaraq 1314 manata, orta aylıq əmək haqqı 2,3 dəfə artaraq 154 manata çatmışdır.

Proqrama müvafiq olaraq 2004-2007-ci illərdə 89 istehsal, 894 yeni xidmət, təkcə 2007-ci ildə isə 32 istehsal, 22 xidmət obyekti istifadəyə verilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikada yeni yaradılmış və fəaliyyəti bərpa olunmuş müəssisələrdə 192 növ üzrə 409 çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları istehsal olunur. 61 növdə ərzaq, 53 növdə qeyri-ərzaq, cəmi 114 növdə istehlak mallarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilməkdədir. Muxtar respublikadan 34 növdə sənaye məhsulu ixrac olunur və ya satış üçün ölkəmizin digər bölgələrinə göndərilir.

İstehsal olunan bu məhsullar daxili bazarın tənzimlənməsi, süni qiymət artımının qarşısının alınması, istehlakçıların tələbatının fasiləsiz və daha dolğun ödənilməsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Proqramın qəbulundan sonra 3 mindən çox sosial infrastruktur obyektləri, o cümlədən 43 yeni orta məktəb binası, 51 səhiyyə obyekti, 24 mədəniyyət obyekti, 80 inzibati bina, Azərbaycan Vətən Müharibəsi iştirakçıları, əlil, qaçqın, məcburi köçkün və şəhid ailələri üçün 160 fərdi ev, 36 mənzilli yaşayış binası, 7 idman obyekti, 14 körpü, 11 nasos stansiyası və digər belə sosial infrastruktur obyektləri tikilmiş, 197 kilometr uzunluğunda yeni yollar çəkilmiş və ya əsaslı təmir edilmişdir.

Ötən dörd ildə muxtar respublikada 30639 yeni iş yeri açılmışdır ki, bunun da 19213-ü daimi iş yerləridir. Həmin müddətdə muxtar respublikanın qazlaşdırılmasına, Heydər Əliyev adına Su Anbarının, Şərur rayon idman mərkəzinin, muxtar məhkəmələrin inzibati binalarının, Arpaçay dəryaçasının tikintisinə 58,2 milyon manat subvensiya, sənaye, tikinti, nəqliyyat və rabitə sahəsinə isə dövlət büdcəsindən 92 milyon manat investisiya ayrılması, təbii qaza olan tələbatın ödənilməsinin təmin edilməsi məqsədi ilə tutumu 300 milyon kubmetr olan yeraltı qaz anbarının tikintisi, enerji təchizatının daha da yaxşılaşdırılması üçün qaz-mazut yanacağı ilə işləyən elektrik stansiyalarının və sosial əhəmiyyətli digər istehsal, xidmət və infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı qarşıya qoyduğunuz vəzifələr muxtar respublikanın əhalisi tərəfindən böyük sevinclə qarşılanır, insanların yaradıcılıq əzmini artırır.

Naxçıvan Muxtar Respublikası regional müstəvidə bir sıra mühüm göstəricilər üzrə - sənaye məhsulu istehsalının artım sürətinə, sənaye məhsulunun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisinə, hazır məhsul qalığının minimum həcminə, əsaslı kapitala yönəldilən investisiyanın adambaşına düşən həcminə, kənd təsərrüfatında inkişafın intensiv xarakterli olmasına, elektron tipli ATS-lərə qoşulmuş əsas telefon aparatlarının ümumi yekunda xüsusi çəkisinə, hər 100 ailəyə düşən telefon aparatlarının sayına, istehlak bazarında qiymətlərin sabitliyinə, yeni yaradılmış daimi iş yerlərinin xüsusi çəkisinə, orta aylıq əmək haqqının həcminə və 1 yaşa qədər ölən uşaqların və qeydə alınmış cinayət hadisələrinin sayının minimum həddə olmasına görə iqtisadi rayonlar arasında ilk yerdədir.

Ölkəmizdə, o cümlədən muxtar respublikada iqtisadiyyatın dinamik inkişafının mühüm amillərindən biri olan sahibkarlığın inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühit formalaşmışdır. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədi ilə muxtar respublika sahibkarlarına son dörd ildə 20,7 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına təkcə 2007-ci ildə 4,7 milyon manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Muxtar respublikada ümumi daxili məhsulun 86 faizinin, sənayedə 69 faizinin, kənd təsərrüfatında 99 faizinin özəl bölmənin payına düşməsi, 15 mindən çox sahibkarlıq subyektində 80 mindən çox iş yerinin mövcud olması bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir.

Proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına səfərləriniz zamanı buradakı inkişafı yüksək qiymətləndirərək demişdiniz: “Naxçıvanda çox böyük quruculuq işləri aparılır. Burada gedən quruculuq-abadlıq işləri, yeniləşmə, infrastruktur layihələri - bütün bunlar məni sevindirir. Bütün bunlar göstərir ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər”. Verdiyiniz bu yüksək qiymət muxtar respublika əhalisinin böyük sevincinə səbəb olmuş, qurub-yaratmaq əzmini daha da yüksəltmişdir.

Çoxəsrlik zəngin tarixinin şərəfli səhifələrindən birinə çevrilən ötən illərin uğurları göstərir ki, Azərbaycanın Naxçıvan iqtisadi regionu inkişaf və quruculuq yolu ilə irəliləyir. Bu, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi strategiyanın təzahürləridir. Bu inkişaf ulu öndərimizin adı ilə bağlıdır, bu kursun reallıqlarının və onun Sizin rəhbərliyinizlə uğurlu davamının təntənəsidir.

Cənab Prezident, Sizə öz minnətdarlığımızı bildiririk.

Sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir