Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib

Naxçıvan, 14 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur. İstifadəyə verilən sosial obyektlər, inzibati və ictimai yaşayış binaları şəhərin memarlıq quruluşuna yeni görkəm verir. Artıq qədim və müasir memarlıq elementlərinin sintezi əsasında aparılan kompleks quruculuq işləri şəhərin görkəmini tamamilə dəyişib. Bu işlər çərçivəsində insanların rahat mənzillərdə yaşaması, xüsusilə gənc ailələrin mənzil təminatı məsələsi xüsusilə diqqətdə saxlanılır, müasir yaşayış binaları tikilərək istifadəyə verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 14-də Naxçıvan şəhərinin İstiqlal küçəsində inşa olunan 95 nömrəli yeni ictimai yaşayış binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, Naxçıvan şəhərində infrastrukturun digər sahələri ilə yanaşı, mənzil tikinti sektoru da günbəgün inkişaf etdirilir, sakinlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Son illər aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Naxçıvan şəhərində yeni yaşayış kompleksləri salınıb, müasir yaşayış binaları tikilib, mövcud yaşayış binaları əsaslı şəkildə yenidən qurulubdur.

Sakin Azad Əliyev deyib ki, Naxçıvan şəhərində müasir yaşayış binasının istifadəyə verilməsi gənclər tərəfindən razılıqla qarşılanır. Bu gün yeni binada mənzil sahibi olan hər bir ailə sevinc içərisindədir. Çünki gənc ailələrin mənzil sahibi olması onların sosial problemlərinin həlli istiqamətində atılan ən mühüm addımdır. Azad Əliyev göstərilən qayğıya görə gənc ailələr adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün yeni mənzil sahibi olanların həyatında əlamətdar gündür. Çünki mənzil hər bir insan həyatında və onun rahatlığının təmin olunmasında başlıca amildir. Müasir dizayna və bütün kommunal şəraitə malik olan yeni yaşayış binasının istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir.

Ali Məclisin Sədri deyib: Gənclər hər bir ölkənin gələcəyidir. Ona görə də ölkəmizdə dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması diqqət mərkəzində saxlanılır. Bu yolun əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuş və zaman keçdikcə öz bəhrəsini vermişdir. Ötən əsrin 70-ci illərində Ulu Öndərin ölkəmizdə həyata keçirdiyi tədbirlər nəticəsində yetişən gənc nəsil artıq 90-cı illərdə müstəqil Azərbaycanın həyatında fəal iştirakçılara çevrildilər. Müstəqillik dövründə yetişən gənclik isə ölkəmizin gələcəyinin möhkəmlənməsində iştirak edəcək. Bu mənada gənc nəsil üçün yaradılan şərait, gənclərə göstərilən qayğı ölkəmizin gələcəyinə göstərilən qayğıdır.

Ali Məclisin Sədri deyib: Dövlət vəsaiti hesabına tikilən yaşayış binasındakı mənzillərin ipoteka kreditindən istifadə edilməklə gənc ailələrə verilməsi ölkəmizdə gənclər siyasətinin daha bir ifadəsidir. Gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada gənclərə göstərilən qayğı onların mənzil şəraitinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda, gənclərin hərtərəfli təhsil alması, hüquqlarının qorunması, işlə təmin olunması, ən əsası isə sabitlik şəraitində yaşamaları istiqamətində də ardıcıl tədbirlər görülür, ölkəmizin gələcəyinin təminatçıları olan layiqli vətəndaşlar yetişdirilir.

Ali Məclisin Sədri gəncləri yeni mənzil sahibi olmaları münasibətilə təbrik edib, binada yaradılan şəraitlə tanış olubdur.

Məlumat verilib ki, 1 girişi olan bina zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarətdir. Binada 6-sı birotaqlı, 12-si ikiotaqlı, 12-si isə üçotaqlı olmaqla, 30 mənzil vardır. Birotaqlı mənzillərin sahəsi 36, ikiotaqlı mənzillərin sahəsi 69, üçotaqlı mənzillərin sahəsi isə 78 kvadratmetrdir. Mənzillər müasir kommunal şəraitlə təmin olunub, daimi su xətti və optik kabel çəkilib, mərkəzi antena sistemi yaradılıb.

Binada lift quraşdırılıb, həyətdə əyləncə və istirahət guşələri istifadəyə verilib.

X X X

Naxçıvan şəhərinin İstiqlal küçəsindəki 87 və 91 nömrəli yaşayış binalarında yenidənqurma işləri aparılıb.

Həmin gün Ali Məclisin Sədri bu binalarda aparılan işlərlə maraqlanıb.

Məlumat verilib ki, hər iki bina 4 mərtəbədən ibarətdir. 87 nömrəli yaşayış binasında 34, 91 nömrəli binada isə 35 mənzil vardır. Əvvəllər bu yaşayış binalarında lazımi kommunal-məişət şəraiti yox idi. Yenidənqurma işləri zamanı binaların mühəndis-kommunikasiya sistemləri yenilənib, qapı və pəncərələri dəyişdirilib, dəhlizlər təmir olunub, mənzillərin sahəsi genişləndirilərək sakinlərin rahatlığı təmin edilibdir.

Hər iki binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Ali Məclisin Sədri Naxçıvan şəhərindəki mövcud ictimai yaşayış binalarında yenidənqurma işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Naxçıvan şəhərində Atıcılıq və əyləncə

mərkəzi fəaliyyətə başlayıb

Mayın 14-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq və əyləncə mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada gənclərin atıcılıq idman növünə marağının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətinin gücləndirilməsi, yeni atıcılıq mərkəzlərinin və klublarının istifadəyə verilməsi bu sahədə görülən işlərin miqyasını xeyli genişləndirib. Bu gün istifadəyə verilən Atıcılıq və əyləncə mərkəzi də gənclərin atıcılıq idman növlərinə marağının artırılmasında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır. Asəf Məmmədov yaradılan şəraitə görə idmançılar adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Atıcılıq və əyləncə mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Atıcılıq mərkəzlərinin yaradılması ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, həm də onların orduya hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada Atıcılıq Federasiyasının fəaliyyət göstərməsi bu cür mərkəzlərin yaradılmasına imkan verir. Bu gün ilk belə mərkəz Naxçıvan şəhərində istifadəyə verilir. Rayon mərkəzlərində də müasir atıcılıq və əyləncə mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.

Açılışı bildirən lent kəsildikdən sonra məlumat verilib ki, burada gənclərin asudə vaxtının təşkili və atıcılıq idman növü ilə məşğul olmaları üçün hərtərəfli şərait vardır. Mərkəz interaktiv atış təlim zalı, kafe və oyun salonundan ibarətdir. Oyun salonunda quraşdırılan 6 aparat vasitəsilə gənclər müxtəlif idman növləri ilə virtual məşğul ola biləcəklər. Bu da gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, həm də onların psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi və əqli inkişafı baxımından əhəmiyyətlidir.

İnteraktiv atış təlim zalında ən müasir avadanlıqlar quraşdırılıb, 5 atış nöqtəsi yaradılıb. Pnevmatik tüfəng və tapançadan atəş açmaqla monitorda əks olunan hədəfləri dəqiq vurmaq mümkündür. Atış başa çatdıqdan dərhal sonra nəticələr monitorda əks olunur. Real görüntülər üzərində qurulan interaktiv təlim sistemi gənclərin atıcılıq idman növünə olan marağını daha artıracaq, bu sahədə peşəkar idmançıların yetişməsinə stimul verəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır