NAXÇIVANÇAY ÜZƏRİNDƏ YENİ KÖRPÜ TİKİLMİŞDİR
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR-də həyata keçirilən quruculuq işlərindən geniş söhbət açaraq bildirmişdir ki, ata-babalarımız yol salmağı, körpü tikməyi həmişə xeyirxah, savab iş saymışlar.
Ali Məclisin sədri körpünün tikintisində əməyi olanlara təşəkkürünü bildirmiş, körpüsalanlara hədiyyələr təqdim etmişdir. Yeni körpünün hər iki tərəfində piyadalar üçün rahat keçidlər də salınmışdır.
Eyni zamanda, Naxçıvan şəhərinin girəcəyində 1800 metrlik yol xeyli genişləndirilmiş, ətrafında abadlıq işləri aparılmışdır.
Körpünün açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]