Naxçıvanda 144 nəfərə birdəfəlik maddi yardım ödəniləcək
Naxçıvan, 24 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin 24 aprel 2026-cı il tarixli “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamının Naxçıvan Muxtar Respublikası üzrə 144 şəxsə şamil olunacağı gözlənilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan 1-i İkinci Dünya müharibəsi iştirakçısı, 143 nəfəri isə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir.
Qeyd edək ki, müvafiq Sərəncamla 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və sənəddə nəzərdə tutulan digər şəxslərin bank hesablarına köçürüləcək.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
- 07.08.2026 [21:15]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO
- 07.08.2026 [18:05]