Naxçıvanda 8 ölkədən boksçular birincilik uğrunda mübarizə aparacaqlar
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcəklər.
İyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq.
Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]