Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda “Arıçılıq məhsulları - bal satış yarmarkası” keçirilib

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Muxtar respublikanın iqlim şəraiti, zəngin bitki örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Bu gün dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları - bal satış yarmarkası” da arıçılar üçün geniş imkanlar açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 16-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları - bal satış yarmarkası” keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov satış yarmarkasında iştirak edib.

Naxçıvan Dövlət Universitetinin müəllimləri bal süzgəci, yeni nəsil pətəklər, vərəmum toplayan, çərçivə teli gərmə, çiçək tozu toplayan alətlər, arıçının rahat işləməsi üçün istifadə ediləcək yanmaz əlcəklər, yabanı arı tələsi, yem qabları, arıçının iş masası, elektrikli bal isitmə və çökdürmə qazanı, balı süzmə aparatı, eləcə də arı məhsullarından hazırlanan dodaq balzamı, gil maskası, əl kremi, müxtəlif faizli spreylər, kəklikotulu, nanəli, propolis və müxtəlif çeşiddə sabunlar haqqında ətraflı məlumat veriblər.

Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal və arıçılıq məhsullarından alıb, onların qayğıları ilə maraqlanıb.

Baxış zamanı məlumat verilib ki, satış yarmarkasına muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 301 arıçı tərəfindən 17 tondan artıq süzmə, 3 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu, güləm, bal arağı və baldan hazırlanmış şirniyyatlar çıxarılıb. Naxçıvan balı öz dadı, ətri, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda, qonşu ölkələrdə yaxşı tanınır və yüksək qiymətləndirilir. Son illər Naxçıvanda arıçılıq sahəsində aparılan elmi araşdırmaların həcmi çoxalıb, bu sahəyə dair kitab və dərsliklər nəşr olunub. Balla yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları yüksək tibbi əhəmiyyətə malikdir.

Naxçıvan şəhərindən olan arıçı Məhərrəm Eyvazov minnətdarlıq edərək deyib: “Bu gün bizim üçün ikiqat bayramdır. Tarixi Qələbəni qeyd edirik. Bu Qələbənin qazanılmasında Naxçıvandan olan igid oğulların da payı vardır. Bunu ölkə başçısı cənab İlham Əliyev bu il mayın 10-da Naxçıvana səfəri zamanı qeyd edib, Naxçıvanın sürətlə inkişaf etdiyini bildirib. Biz də bu inkişafdan bəhrələnərək təsərrüfatımızı genişləndiririk”.

“Naxçıvan məhsulları” publik hüquqi şəxsin stendində məlumat verilib ki, stenddə 5 müəssisənin 8 məhsulu sərgilənir, müxtəlif çəkilərdə olan ballardan hədiyyəliklər nümayiş etdirilir.

Günnüt kəndindən olan arıçı Fikrət Məmmədov minnətdarlıq edərək deyib: “Bu gün arıçılar üçün hər cür şərait yaradılıb. Günnüt kəndinin arıçıları da bu şəraitdən səmərəli istifadə edərək kənd təsərrüfatı üçün əhəmiyyətli olan bu sahəni inkişaf etdirməyə çalışırlar”.

Cəlilkənddən olan arıçı Familə Mirzəyeva deyib: “Muxtar respublikada həyata keçirilən tədbirlər ailə təsərrüfatçılarını daha da ruhlandırır, onlar məhsullarını artırırlar. 20 arı ailəm var, 1 hektar sahədə sarımsaq əkmişəm. Gələcəkdə 3 hektarda taxıl əkməyi nəzərdə tuturam. Muxtar respublikada ailə təsərrüfatçıları üçün hər cür şərait yaradılır, yeni iş yerləri açılır. Mən də istifadəyə verildikdən sonra Şərur Sənaye Məhəlləsində istehsal olunacaq qarğıdalı yağına öz töhfəmi vermək üçün gələcəkdə, eyni zamanda, qarğıdalı əkməyi planlaşdırıram”.

Sələsüz kəndindən olan arıçı Ehtibar Məmmədov minnətdarlıq edərək deyib ki, bu il son 10 ilin ən yüksək məhsulunu götürmüşük. İndi bazarlarda kənd adamlarının istehsal etdikləri yerli məhsullara üstünlük verilməsi, həm də satış yarmarkalarının keçirilməsi məhsulumuzun daha çox satılması ilə nəticələnir. Bu da təsərrüfatımı genişləndirməyə imkan verir. Bir sıra arıçılıq məhsulları ixrac edir, bazarlarda heç bir çətinlik çəkmədən satışını həyata keçiririk. Artıq yeni layihə əsasında ana arı yetişdirməyə hazırlaşırıq.

Babək rayon Gərməçataq kənd sakini Mətləb Quliyev öz təsərrüfatının inkişafından danışaraq deyib ki, yaradılan şəraitin nəticəsidir ki, 5-6 il əvvəl 20 arı ailəm olmasına baxmayaraq, hazırda 70 arı ailəsi saxlayıram. Eyni zamanda, ucqar dağ kəndi olan Gərməçataqda quruculuq tədbirlərinin həyata keçirilməsi nəticəsində 3 ailə geri qayıdıb, kənddə hazırda 2 yeni ev inşa olunur.

Sədərək rayonundan olan arıçı Nadir Bağırov deyib ki, arıçı sahibkarların dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar açıb. Məhsullarımızı rahat şəkildə satır, büdcəmizi zənginləşdiririk. Eyni zamanda, təsərrüfat adamlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu da məsuliyyətimizi artırır, daha həvəslə işləyirik. Gün o gün olsun, Kərki balının satışını həyata keçirək.

Satış yarmarkasında məhkumların əl işləri, eləcə də qadınların müxtəlif çeşiddə əl işləri və istehsal etdikləri bal məhsulları da maraqla qarşılanıb.

Ordubad rayonundan olan arıçı İsmayıl Əliyev öz arıçılıq təsərrüfatında tətbiq etdiyi təcrübəni və özünün hazırladığı arı yeşiklərini təqdim edib.

Ali Məclisin Sədri aid qurumlar tərəfindən bu cür təkliflərin dəyərləndirilməsi barədə tapşırıq verib.

Arıçılar Birliyinin sədri Etibar Məmmədov və digər arıçılar minnətdarlıq edərək deyiblər ki, arıçılığa göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada arıçılıq özünün inkişaf dövrünü yaşayır. Bu cür tədbirlərin keçirilməsi həm məhsul satışı, həm də arıçılar arasında təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyətlidir.

Satış yarmarkasında baldan hazırlanan müxtəlif şirniyyatların, eləcə də dulusçuluq, ağacişləmə, tikmə nümunələrinin, ana arı yetişdirmə qutularının, termoplastik pətəklərin, ana arı təcridedici qurğuların, arıçıların hazırladıqları müxtəlif əl işlərinin də nümayişi və satışı həyata keçirilib.

Ali Məclisin Sədri ailə təsərrüfatlarına, o cümlədən arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, bu sahədə nəşrlərin artırılması, maarifləndirici tədbirlərin davam etdirilməsi və arıçılıq mədəniyyətinin formalaşdırılması barədə tapşırıqlar verib.

Satış yarmarkası oktyabrın 17-də də davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb