Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda “Güclü lider: Müzəffər Ali Baş Komandan” mövzusunda tədbir keçirilib

Naxçıvanda “Güclü lider: Müzəffər Ali Baş Komandan” mövzusunda tədbir keçirilib

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Naxçıvanda “Güclü lider: Müzəffər Ali Baş Komandan” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mövzu ilə bağlı fotosərgiyə baxıblar. Sərgidə Ümummilli Lider Heydər Əliyevin 100 illiyini və Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Qarabağ zəfərimizi əks etdirən fotolar yer alıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, bu gün İlham Əliyevin Prezident seçilməsinin 20 ili tamam olur. İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin tarixində yeni inkişaf və tərəqqi dövrünün əsası qoyulub. Ümummilli Liderimiz Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına müraciətindəki "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" - əminliyini dövlət başçısı əməli fəaliyyəti ilə doğruldub. Ötən dövrdə Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi sosial-iqtisadi islahatların əhatə dairəsini genişləndirib. İqtisadiyyatın bütün istiqamətləri üzrə həyata keçirilən inkişaf konsepsiyası ümumilikdə ölkəmizin müstəqilliyini və dövlətçiliyini, xalqımızın milli birliyini, mövcud ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib.

“Xalqın inam və etibarını qazanmaq siyasətçilərə xas xüsusiyyət deyil. Bu, yalnız liderlərə məxsus keyfiyyətdir”, - deyən Fuad Nəcəfli vurğulayıb ki, İlham Əliyev şəxsiyyətinin böyüklüyü də ondadır ki, o, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirən liderdir. Məhz Azərbaycanın qazandığı bütün uğurların təməlində də xalq-lider birliyi dayanır.

Fuad Nəcəfli bildirib ki, ötən 20 ildə Azərbaycanda əldə olunmuş ən mühüm nailiyyətlərdən biri də sosial islahatların əhatə dairəsinin genişləndirilməsi olub. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyev sosial islahatları Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevirib, vətəndaşlar layiqli həyat şəraiti ilə təmin olunub. Dövlət başçısının müəllifi olduğu institusional islahatlar sırasında Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti, gördüyü işlər hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına yönəlib.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Azərbaycan güclü orduya malikdir. Ümumiyyətlə ordu quruculuğu Prezident İlham Əliyevin fəaliyyətində əsas hədəf kimi müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması, döyüş arsenalının müasirləşdirilməsi son nəticədə güclü müdafiə potensialı formalaşdırmaqla yanaşı, həm də 30 illik işğala son qoydu, torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regionda yeni geostrateji reallıqlar yaratdı.

Vurğulanıb ki, tarixi Qələbəmizi təmin edən bir çox faktorlar vardır. Bütün bunları özündə cəmləşdirən əsas faktor isə İlham Əliyev şəxsiyyəti, onun Vətəninə və xalqına bağlılığı, məharətli diplomatik bacarığı və qətiyyətidir. Məhz bu qətiyyət və siyasi iradə, liderlik bacarığı Qələbə ilə yanaşı, Azərbaycanda böyük qayıdışın da təməlini qoyub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən qurulur. Müharibədən çıxan bir ölkədə bu qədər genişmiqyaslı quruculuq işlərini aparmaq heç də asan məsələ deyil. Bu, birmənalı şəkildə dünyaşöhrətli siyasi xadim Prezident İlham Əliyevin liderlik səriştəsinin nəticəsidir. Tarixi Qələbəmizin ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması sahəsində görülən işlərdir. İstər bu, istərsə də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası Naxçıvanın inkişafında yeni və ən mühüm mərhələnin əsasını qoyacaqdır.

Fuad Nəcəfli dünyaşöhrətli siyasi xadim, qalib lider və tarixi şəxsiyyət İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə muxtar respublika əhalisi və ictimaiyyəti adından təbrik edib, möhkəm cansağlığı, ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək, Prezident İlham Əliyevin liderlik missiyasından və siyasi fəaliyyətinin müxtəlif istiqamətlərindən danışıblar. Xüsusilə diqqətə çatdırılıb ki, dövlət başçısının təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi transmilli layihələr, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın regional və beynəlxalq enerji təhlükəsizliyinin əsas təminatçısı, eləcə də mühüm nəqliyyat mərkəzi kimi rolunu artırıb. Bütün bu reallıqların fonunda Azərbaycan durmadan və hərtərəfli inkişaf edir. Azərbaycanın çoxşaxəli inkişafı dünyada model kimi qəbul edilir. Gələcəyə hədəflənmiş bu uğurlu modelin əsasını isə ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasəti təşkil edir. Bu siyasəti uğurla və sədaqətlə davam etdirən dövlət başçımızın müəyyənləşdirdiyi iqtisadi, siyasi və hərbi gücə dayanan uğurlu strategiya Azərbaycanı bölgədə və Cənubi Qafqazda güclü və lider dövlətə çevirib.

Naxçıvan Dövlət Universitetinin tələbəsi Yusif Mirzəzadə çıxışında Azərbaycan gənclərinin Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü və davamlı inkişafı təmin edən siyasi fəaliyyətini dəstəklədiyini bildirib. Vurğulanıb ki, dövlət başçısı gənclərin və təhsilin yüksək inkişafına xüsusi qayğı ilə yanaşır.

Sonda Naxçıvan televiziyasının hazırladığı Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib