Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir
Naxçıvan, 25 dekabr, AZƏRTAC
Bu il Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı tam fərqli bir atmosferdə, daha yüksək coşqu ilə qeyd edilir. Belə ki, Naxçıvan şəhərində ilk dəfə "Snowfest-Qış festivalı" keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda Azərbaycanın Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edir.