Naxçıvanda növbəti əmək yarmarkasına 140-a yaxın vakansiya çıxarılacaq
Naxçıvan, 29 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Biznes Mərkəzində oktyabrın 1-i saat 10:00-da baş tutacaq yarmarkaya muxtar respublikanın işsiz və iş axtaran sakinləri dəvətlidirlər. 20-dən çox işəgötürən üzrə 140-a yaxın vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]