Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb
Naxçıvan, 9 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 98,3 milyon manata yaxın vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,4 faiz və ya 2,3 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 69,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,3 faiz və ya 5,3 milyon manat artıb. Ödənilən vergilərin 70,6 faizi qeyri-dövlət sektorunun, 29,4 faizi isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 2 milyon manata yaxın olub.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]
Ağcabədi sakini zəhərlənərək həyatını itirib
- 09.06.2026 [10:05]