Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Vətən müharibəsindən sonra 40 şəhid ailəsi, 45 müharibə əlili mənzillə təmin olunub

Naxçıvan, 27 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sarayın foyesində Anım Gününə həsr edilmiş sərgi ilə tanış olub. Sərgidə Naxçıvan şəhidlərinin fotolarından ibarət banner, onların şanlı döyüş yoluna həsr olunmuş kitablar və rəsm əsərləri nümayiş etdirilib. Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin və Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri zəfər motivlərini əks etdirən rəsmlərini təqdim ediblər.

Tədbirin açılış hissəsində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Naxçıvan Dövlət Filarmoniyanın xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, 5 il əvvəl Azərbaycan xalqı və ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalətin bərpası naminə başladığı 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı. Qəhrəman oğullarımızın qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi, antiterror tədbirləri ilə isə suverenliyimiz təmin olundu. Azərbaycan xalqı hər zaman şəhidlərini minnətdarlıqla yad edir, onların ailələrinə və müharibə iştirakçılarına dərin hörmətlə yanaşır.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, bu tarixi Qələbənin qazanılmasında Prezident İlham Əliyevin qətiyyətli siyasəti, prinsipial mövqeyi və Ali Baş Komandan kimi rəhbərliyi həlledici rol oynadı. Bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fədakar fəaliyyəti xüsusi yer tutur. Mehriban xanımın humanist fəaliyyəti, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət, həm də Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi geniş layihələr dövlət-xalq birliyinin bariz nümunəsidir.

“Hər bir şəhid ailəsi, qazi bizim üçün əziz və dəyərlidir”, – deyən Fuad Nəcəfli diqqətə çatdırıb ki, mövcud qanunvericilik çərçivəsində şəhid ailələri və qazilər dövlətin xüsusi qayğısı ilə əhatə olunub, onların sosial təminatı və rifahının yaxşılaşdırılması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən son illərdə imzalanan fərman və sərəncamlarla şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial müdafiəsi gücləndirilib. 2018-2025-ci illər ərzində icra edilən 5 sosial islahat paketi bu kateqoriyadan olan şəxslərin ödənişlərini, pensiya və təqaüdlərini dəfələrlə artırıb. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Təkcə Vətən müharibəsindən sonrakı dövrdə muxtar respublikada 40 şəhid ailəsi, 45 müharibə əlili mənzillə təmin olunub, 86 nəfərə avtomobil verilib. Ümumilikdə isə bu günədək 80 şəhid ailəsi, 190 müharibə əlili mənzil və fərdi evlərlə, 367 nəfər isə avtomobillərlə təmin edilib. Həmçinin tarixi zəfərdən sonrakı postmüharibə dövründə 76 şəhid ailəsi üzvü, 65 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxs digər sosial proqramlara cəlb olunub. Bundan əlavə, Naxçıvanda xüsusi olaraq şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dəstək məqsədilə yaradılan “Dəstək” Fondu tərəfindən bu günə qədər imtiyazlı şəxslərə 2 milyon 100 min manatdan artıq vəsait ayrılıb ki, bunun da 207 min 312 manatı məhz cari ilə təsadüf edir. Bu, dövlət və cəmiyyət həmrəyliyinin bariz nümunəsidir.

“Bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların uğrunda can verdikləri müqəddəs torpaqlar artıq azaddır. Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Xankəndidə və digər azad edilmiş torpaqlarda üçrəngli Dövlət Bayrağımız dalğalanır”, - deyən səlahiyyətli nümayəndə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı, uzun ömür arzulayıb.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov 27 sentyabrın qürurlu bir gün olduğunu vurğulayaraq qeyd edib ki, məhz həmin tarixdən başlayan 44 günlük şanlı döyüş yolunda qəhrəman övladlar tarix yazdı. Bu gün vətənpərvər övladlarımızın sayəsində firavan və suveren Azərbaycanda yaşayırıq.

Şəhid Zülfü Rzayevin anası Mehparə Rzayeva dövlətimizin hər zaman şəhid və qazi ailələrinin yanında olduğunu minnətdarlıqla qeyd edib, şəhidlərimizin Qarabağın yaralarına məlhəm olduğunu qürurla vurğulayıb.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Təbriz Zeynalov Azərbaycan Ordusunun şanlı döyüş yolundan söz açıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrətinin, xalqımızın milli iradəsinin və qələbə əzminin dünyaya nümunə olduğunu qeyd edib.

Tədbirdə Naxçıvan televiziyasının 27 Sentyabr - Anım Günü ilə bağlı hazırladığı film və Naxçıvan Dövlət Uşaq Teatrının kollektivinin kompozisiyası nümayiş etdirilib, şəhid Tağı Abdullazadənin oğlu Yusuf Abdullazadə “27 sentyabr” şeirini səsləndirib.

Sonda üçrəngli Azərbaycan Bayrağı səhnəyə gətirilib, sürəkli alqışların fonunda dalğalandırılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO