Naxçıvanda yazlıq əkin sahələri artıb
Naxçıvan, 30 iyul, AZƏRTAC
Cari ilin ilk yarımilində muxtar respublikada 5791,1 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım deməkdir. Əkin strukturu əsasən dənli və dənli paxlalı bitkilər, dən üçün qarğıdalı, kartof, tərəvəz, bostan bitkiləri və yemlik bitkilərdən ibarətdir.
Sözügedən tarixə 15 min tondan çox dənli və dənli paxlalılar, 2300 tondan çox kartof, 4 min tondan çox tərəvəz, 14 min tondan çox isə meyvə və giləmeyvə yığılıb.
Ümumilikdə isə cari ilin ilk 6 ayında muxtar respublikada 144 milyon 969,6 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 46 milyon manatdan çoxu bitkiçilik məhsullarının payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]