Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri davam etdirilir

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak ediblər.

Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2022-ci il üzrə xarici siyasətimizin əsas istiqamətləri və əldə olunmuş nəticələrlə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu 2022-ci il ərzində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlərin görüldüyü bildirilib. Bu xüsusda, həm qonşu ölkələrlə, həm də digər dövlətlərlə siyasi, iqtisadi, mədəni, humanitar və sair sahələr üzrə səmərəli əməkdaşlıq münasibətlərinin inkişafının diqqət mərkəzində saxlanıldığı qeyd olunub.

Azərbaycanın il ərzində beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), Türk Dövlətləri Təşkilatı (TDT), Avropa İttifaqı (Aİ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və sair təşkilatlar çərçivəsində aktiv fəaliyyət göstərdiyini bildirən nazir Ceyhun Bayramov beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində səylərə verilən töhfələrdən bəhs edib.

Regionda, o cümlədən dünyada iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə həyata keçirilən layihələrin təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın rolunun artdığını bildirən nazir Ceyhun Bayramov qlobal enerji təhlükəsizliyinin təmini, regional nəqliyyat və kommunikasiyalar sahəsində fəaliyyətin inkişafı istiqamətində görülən işlər, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyəti barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırıb.

Postmünaqişə dövründə diplomatik fəaliyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh gündəliyinin təşviqi istiqamətində görülən işlərdən geniş bəhs edən nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, münaqişədən sonra regionda yaranmış vəziyyət haqqında dünya ictimaiyyətinin məlumatlandırılması, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi işlərinin davam etdirildiyini bildirib.

Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində il ərzində İraq və Suriyadan 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşımızın repatriasiyasının, Ukraynadan isə 16 mindən çox şəxsin təxliyəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

İl ərzində Xarici İşlər Nazirliyi tərəfindən “Şuşa İli” çərçivəsində tədbirlərin keçirildiyi, xarici siyasətin informasiya təminatı ilə əlaqədar “Diplomatiya Aləmi” jurnalının “Şuşa İli”nə həsr olunmuş xüsusi buraxılışının nəşr edilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərə xarici jurnalistlərin mətbuat turlarının təşkil edildiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin kadr potensialının inkişafı məqsədilə mərkəzləşdirilmiş qaydada müsabiqə prosesinin təşkil edildiyini, 500-ə yaxın ümumi namizəddən bütün imtahan mərhələlərini uğurla keçən 67 nəfərdən 38-nin işə qəbul olunduğunu, digər namizədlərin yaxın aylarda diplomatik xidmətə qəbulunun nəzərdə tutulduğunu bildirib.

Daha sonra nazir Ceyhun Bayramov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb