Nazir: Ermənistanın qeyri-konstruktiv mövqeyi irəliləyişlər əldə olunmasına mane olur
Bakı, 27 dekabr, AZƏRTAC
Bu il Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışıqlar keçirilib. Delimitasiya ilə bağlı da, həmçinin üç görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, əldə olunmuş irəliləyişlər çox azdır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.
Ermənistanın üçtərəfli Bəyanatın bir sıra öhdəliklərini pozduğunu diqqətə çatdıran Ceyhun Bayramov əlavə edib: “Ermənistan tərəfinin üçtərəfli Bəyanatda yer alan bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsi, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində qalması, təbii sərvətlərimizin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının qeyri-qanuni yolla Laçın dəhlizindən keçməsi, mina problemi barədə məlumatlar beynəlxalq təşkilatlara çatdırılır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]