Nazir müavini: Azərbaycanda koronavirusa yoluxanların 64 faizi sağalıb
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycanda epidemioloji gərginlik hələ ki, davam etsə də, karantin rejimi vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkarlanması nəticəsində mümkün olub. Son iki həftə ərzində sağalanların sayı artıb. Demək olar ki, bu günə qədər xəstələrin 64 faizi sağalıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Nazir müavini bildirib ki, bəzi regionlar artıq koronavirusdan təmizlənib. Virusun qeydə alındığı ərazilərin 25 faizində risk ocaqları ləğv edilib. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]