NAZİRLİKDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfirə son illər ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində aparılan islahatlar, əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilmişdir. Nazir ötən ilin noyabr ayında İsrailin baş nazirinin birinci müavini Ehut Olmertin dəvəti ilə bu ölkəyə işgüzar səfərinin səmərəli olduğunu söyləmişdir.
Səfir bu səfərdən sonra öz ölkəsinin “Tadiran”, “Elisa Qrup” və digər nüfuzlu şirkətlərinin Azərbaycanın rabitə və informasiya texnologiyaları bölməsinə marağının artdığını və bu sahəyə sərmayə ayırmaq imkanı olduğunu qeyd etmişdir.
Görüşdə noyabrın 16-18-də Tunisdə keçiriləcək İnformasiya cəmiyyəti üzrə Dünya Sammitinə Azərbaycanda aparılan hazırlıqdan danışılmış, sammit çərçivəsində “Elektron hökumət”, “Distans təhsil” və GUAM ölkələri üçün “CMART” layihələrinə dair tədbirlər keçiriləcəyi, bu tədbirlərin israilli mütəxəssislər üçün də əhəmiyyətli olacağı qeyd edilmişdir. Sammitdə İsrailin rabitə naziri xanım Dalia İtziklə ölkələrimiz arasında rabitə sahəsində əməkdaşlıq barədə danışıqlar aparmaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]