Nəcəfkənd-Qələnxur ərazisində kəsilmiş ağacların yerində yeni ağaclar əkilib
Bakı, 15 dekabr, AZƏRTAC
Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacəkmə tədbiri keçirilib, bir neçə gün əvvəl həmin ərazidə kəsilmiş ağacların yerində yeniləri əkilib.
Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov AZƏRTAC-a bildirib ki, xidmətin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə karantin qaydalarına əməl olunmaqla ərazidə 1000-dən artıq meşəcinsli ağac əkilib və palıd toxumu səpilib.
Xidmət rəsmisi onu da qeyd edib ki, meşələrin artırılması və yaşıllıq massivlərinin genişləndirilməsi məqsədilə ölkə üzrə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, kəsilmiş və yanğına məruz qalmış meşə ərazilərində əkin-bərpa işləri aparılır, meşəcinsli ağaclar əkilir, toxumlar səpilir: “Payız mövsümündə 500 hektar meşə fondu torpağında əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub və demək olar ki, artıq işlərin 90 faizi yerinə yetirilib. Ağacəkmə tədbirləri mövsümün sonunadək davam etdiriləcək”.
N.Xıdırov yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərən və əkin-bərpa işlərində yaxından iştirak edən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]