NEFT DAŞLARININ İKİNCİ GƏNCLİYİ BAŞLAYIR
- Məlum olduğu kimi, Neft daşları yatağı 1950-ci ildən istismardadır. İstismarın 56-cı ilində hər hansı yataqda yeni sahənin kəşf olunması nadir hadisədir və neft sənayemizin bцyьk nailiyyəti kimi qiymətləndirilməlidir. Yeni quyu işə salınmazdan əvvəl Neft daşları yatağında quyuların orta debiti cəmisi 6 ton təşkil edirdi.
Neftçilərimizin gərgin əməyi sayəsində bu gün 1795 nömrəli quyu 165 ton gündəlik hasilatla işə düşmüşdür. Quyunun Xəzərdəki 1887-ci özüldən 2780 metr dərinliyə qazılıb istismara buraxılması şirkətimizin, habelə “Azərneft” İstehsalat Birliyinin, ən əsası isə Neft daşları yatağının həyatında olduqca əlamətdar hadisədir. Quyu dənizdə suyun dərinliyi 50 metr olan sahədə “Xəzər-4”' üzən qazma qurğusu ilə qazılmışdır. Bu qurğudan qazılan daha 3 quyu cari ilin sonunadək istismara veriləcəkdir.
Hazırda “Xəzər-4” digər quyunun qazmasını aparır, onun yerində işə stasionar platforma qoyulmuşdur. Həmin platformadan ilin axırına qədər 30-dan yuxarı quyunun qazılması planlaşdırılır. Bu isə əfsanəvi Neft daşları yatağının ikinci gəncliyinin başlanması deməkdir.