“Neftçi” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub
Bakı, 12 sentyabr, AZƏRTAC
“Neftçi” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub. Bu, Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib. Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb. Paytaxt təmsilçisi “600”ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan “Neftçi” rəqib meydanındakı qol sayında mütləq rekordçudur.
Qeyd edək ki, “ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]