“NEFTÇİ” BEYNƏLXALQ TURNİRƏ HAZIRLAŞIR
16 komandanın 4 yarımqrupda çıxış edəcəyi yarışda ölkəmizin idman şərəfini “Neftçi” komandası qoruyacaqdır. Komandamızın ilk oyunu yanvarın 14-də Tacikistan çempionu “Vəxş” klubu ilə olacaqdır. “Neftçi” yanvarın 15-də Latviyanın “Metallurq”, 17-də isə Qazaxıstanın “Aktobe” komandaları ilə qarşılaşacaqdır. Hər qrupda ilk iki yeri tutan komandalar yanvarın 19-da keçiriləcək dörddəbir finala vəsiqə qazanacaqlar. Yanvarın 21-də yarımfinal oyunları, 23-də isə final görüşü olacaqdır.
Xatırladaq ki, ötənilki turnirin qalibi Moskvanın “Lokomotiv” klubu olmuş, “Neftçi” komandası isə ikinci yer tutmuşdu.
Bu yarışa və Azərbaycan çempionatının ikinci dövrəsinin oyunlarına hazırlıq məqsədi ilə komanda indi təlim-məşq toplanışındadır. Baş məşqçi Ağasəlim Mircavadov sınaqdan keçirmək üçün Ukraynadan, Serbiya və Çernoqoriyadan və Bolqarıstandan bir neçə legioner oyunçunu da məşq proseslərinə cəlb etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]