“Neftçi İdman Klubu”nun kikboksçuları ölkə çempionatında 10 medal qazanıblar
Bakı, 7 fevral, AZƏRTAC
Bakı İdman Sarayında təşkil olunan kikboksinq üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər və böyüklər arasında keçirilən yarışda 40 komandadan 200-ə yaxın idmançı qüvvəsini sınayıb.
AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun çempionata qatılmış kikboksçularından 10-u mükafatçılar arasına düşməyə müvəffəq olub. Onlardan 2-si qızıl, 5-i gümüş, 3-ü isə bürünc medal qazanıb.
Klubun yetirmələrindən Ruslan Nağıyev (60 kq) gənclər arasında ölkə çempionu adını qazanıb. Emin Quliyev (71 kq) 2-ci, Ağa Məmmədov (81 kq) isə 3-cü yeri tutublar.
Böyüklərin yarışında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Rolan Quliyev məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəcməddin Məmmədzadə (54 kq), Camal Məmmədov (57 kq), Altay Atakişiyev (75 kq), Bəybala Quliyev (86 kq) gümüş, Elnur Mahmudov (63,5 kq) və Amid Hüseynov (75 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışın qalibləri kikboksinq üzrə yığma komandanın təlim-məşq toplanışlarına cəlb olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]