“NEFTÇİ” İSM-NİN İDMANÇILARI BEYNƏLXALQ YARIŞLARDA MEDALLAR QAZANMIŞLAR
Ukraynanın Sniqeryovka şəhərində milis general-mayoru P.M.Porfiroviçin şərəfinə təşkil edilmiş 4 yaş qrupu üzrə beynəlxalq cüdo turnirində Azərbaycan, Rusiya, Moldova, Belarus və Ukraynanı təmsil edən 25 komandanın tərkibində 500-dən çox idmançı mübarizə aparmışdır.
Beynəlxalq turnirdə ölkəmizi təmsil edən “Neftçi” İSM-nin idmançıları 5 qızıl və 3 bürünc medal qazanmışlar.
“Neftçi” İSM-nin idmançıları Ukraynanın Xmelnitsk şəhərində 1989-1990-cı il təvəllüdlü gənclər arasında Yevgeni Kujelninin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə də yüksək nəticələr əldə etmişlər.
Turnirdə baş məşqçi Cəmşid Qurbanovun rəhbərliyi altında Azərbaycanıın idman şərəfini qoruyan 10 boksçudan 4-ü mükafata layiq görülmüşdür.
Boksçularımızdan Şahin Əliyev (60 kq-dan aşağı) və Hafiz İsgəndərov (81kq-dan aşağı ) yarışlarda bütün rəqiblərini məğlub edərək, qızıl medala sahib olmuşlar. Digər iki idmançımız - Riad Mürsəlov (51 kq-dan aşağı) və Rəşad Abdullayev (91 kq-dan aşağı) isə bürünc medallarla kifayətlənmişlər.
Bu yarışda ölkəmizin idman şərəfini qoruyan “Spartak” İdman Cəmiyyətinin yetirməsi İlkin Ağayev (54 kq-dan aşağı) də bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Turnirdə 10-a yaxın ölkədən 200-dən çox boksçu qüvvəsini sınamışdır.
Turnirin qalibləri “Ukraynanın idman ustası” fəxri adını almaq hüququ qazanmışlar.