“Neftçi” tarixində ilk dəfə mövsümə iki heç-heçə ilə başlayıb
Bakı, 12 avqust, AZƏRTAC
“Neftçi” Azərbaycan Premyer Liqasına ardıcıl iki heç-heçə ilə başlayıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülhə imza atıblar.
Eyni komandanın startdakı iki turda heç-heçə etməsi son 9 mövsümdə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 2015/2016-cı il mövsümündə yaşanıb. Həmin vaxt iki komanda - “Sumqayıt” və “Kəpəz” startda sülhləri sıralayıb.
Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb. “Neftçi” tarixində ilk dəfə mövsümə heç-heçə nəticələrlə başlayıb.
“Bakı” (2011/2012, 2012/2013) və “Kəpəz” (2010/2011, 2015/2016) hərəyə iki dəfə belə starta imza atıb. Bakı “İnşaatçı”sı 1993/1994, “Turan” 1996/1997, AZAL 2008/2009, “Simurq” 2012/2013, “Xəzər Lənkəran” 2013/2014, “Sumqayıt” 2015/2016-cı il mövsümlərində sülhsevərlik göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]