“Neftçi” yanvarın 6-da bir araya gələcək
Bakı, 22 dekabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb. Komanda üzvləri gələn il yanvarın 6-da bir araya gələcəklər.
AZƏRTAC kluba istinadla xəbər verir ki, yanvarın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcəklər.
Yanvarın 13-dən 27-dək Antalyadakı Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq komanda ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), beş gün sonra isə “Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]