NEFTÇİLƏR XƏSTƏXANASINDA BAYRAM ŞƏNLİYİ
AZƏRTAC xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin və həmkarlar təşkilatının nümayəndələri 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il ərəfəsində Mərkəzi neftçilər xəstəxanasında müalicə olunan neftçilərə baş çəkmiş, onların hər birinə 100 min manat pul və hədiyyələr təqdim etmişlər. Xəstəxananın akt zalında bayram konserti də təşkil olunmuşdur. Ənənə halını almış belə tədbirlər hər bayram günündə keçirilir.