Nepalda 2 avtobusun çaya düşməsi nəticəsində 66 nəfər itkin düşüb
Pekin, 12 iyul, AZƏRTAC
Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.
AZƏRTAC Nepal mediasına istinadla xəbər verir ki, hadisə səhərə yaxın saat 3:00 radələrində baş verib. Ərazi çətin relyefə malikdir. Əlavə olaraq, şiddətli yağışlar xilasedicilərin əraziyə yaxınlaşmasına mane olur. Səlahiyyətli qurumlar həmin zonada bir neçə torpaq sürüşməsinin olduğunu bildirib.
Qeyd edək ki, Nepalda iyun ayından başlayan musson yağışları sel, daşqın, torpaq sürüşməsi kimi fəsadlar yaradıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]