Nəsimi rayonunda dələduzluq edən şəxslər tutulublar
Bakı, 3 sentyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib. Nəticədə zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan cinayətləri törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]