NƏTİCƏLƏR BÜTÜN ALİ MƏKTƏBLƏRİN XÜSUSİ QABİLİYYƏT TƏLƏB EDƏN İXTİSASLARINA ŞAMİL EDİLİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı şəhərindəki qabiliyyət imtahanı komissiyalarının nəticələri respublikamızın bütün ali məktəblərinin, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərindəki qabiliyyət imtahanı komissiyalarının nəticələri isə yalnız müvafiq şəhərlərdəki ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına şamil edilir.