Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“News From Israel” portalı: “Qarabağ problemi – tarix və reallıq”

“News From Israel” portalı: “Qarabağ problemi – tarix və reallıq”

Bakı, 27 aprel, AZƏRTAC

XX əsrin əvvəlində, milli azadlıq hərəkatının yüksəlişi dövründə Azərbaycan xalqı öz tarixi torpaqlarını müdafiə edir, ölkənin ərazi bütövlüyü uğrunda fədakarcasına mübarizə aparırdı. Sovet istorioqrafiyasında Azərbaycan tarixinin bu mürəkkəb və faciəli səhifələrinin reallıqları uzun illər boyu saxtalaşdırılır, bu tədqiqat obyekti “qapalı” mövzulara aid edilirdi. Xalqın mənəvi dəyərlərini məhv etmək məqsədilə onun təfəkkürünə bolşevik ideologiyası zorla yeridilir, bununla paralel olaraq doğma torpağa sevgi və öz etnik köklərinə bağlılıq kimi humanist anlayışlar və müqəddəs dəyərlər xalqın tarixi yaddaşından silinirdi.

Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva bu barədə İsrailin “News From Israel” informasiya-analitik portalında dərc edilmiş eksklüziv məqaləsində söhbət açır (http://isp-ngo.com/?p=20643).

M.Əliyevanın fikrincə, süni şəkildə yaradılmış uydurma beynəlmiləlçilik prinsiplərinin məqsədi Azərbaycan xalqının tarixi yaddaşını məhv etmək idi. Azərbaycan alimi yazır: “Nəticədə həqiqət, XX əsrdə Azərbaycanın real tarixi bütünlüklə saxtalaşdırılıb, bu da öz növbəsində tarixdə “ağ ləkələr” yaranmasına kömək edib. XX əsrin axırlarında ölkəmizin dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycan tarixşünaslığının başlıca vəzifəsi Azərbaycan tarixinin öyrənilməmiş səhifələrini tədqiq etməkdən ibarət idi. Azərbaycan istorioqrafiyasının nümayəndələri postsovet konsepsiyasını əsas tutaraq, tarix elmində Sovet ideologiyasının üstünlük təşkil edən stereotiplərini təkzib edərək geniş faktoloji baza əsasında tarixi reallıqları öz araşdırmalarında işıqlandırdılar. XX əsrin əvvəlindən etibarən Azərbaycanın bir sıra tarixçiləri ermənilərin uydurduğu “Qarabağ məsələsi”ni öyrəniblər. Bu problem akademik Ramiz Mehdiyevin tarixi reallıqlara əsaslanan əsərlərində, xüsusən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasında öz əksini tapıb.

Müəllifin fikrincə, həmin tədqiqatın əsas vəzifəsi zəngin faktoloji matris əsasında Azərbaycan xalqına qarşı ermənilərin zorakılıq siyasətini və cinayətkar əməllərini işıqlandırmaq, erməni separatizmini, onun tarixi Azərbaycan torpaqlarına, o cümlədən Dağalıq Qarabağa əsassız ərazi iddialarını öyrənib ifşa etmək və beləliklə, Azərbaycan istorioqrafiyasında bu problemlə bağlı boşluqları doldurmaq, ən başlıcası - ermənilərin mahiyyətcə terror, separatizm və zorakılıq daşıyıcısı olmasını açıb göstərmək idi.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva yazır: “Səfəvi-Osmanlı müharibələri dövründə Erməni Qriqorian Kilsəsi regionda baş verən sosial-siyasi prosesləri diqqətlə izləyir, “erməni məsələsi”nin həllində, yəni öz dövlətçiliyini yaratmaqda kömək üçün Avropa ölkələrinə və Vatikana müraciət edirdi. Lakin Erməni Qriqorian Kilsəsinin bu cəhdləri səmərəsiz oldu.

XVIII əsrin əvvəlində I Pyotrun xarici siyasətinin cənub konturları ermənilərin nümayəndəsi İ.Orini ruhlandırdı. Bu dövrdən başlayaraq ermənilər özlərinin sərsəm “böyük ermənistan” arzularını Rusiya imperiyası ilə bağlayırlar. XIX əsrin ilk 30 ili ərzində əhalisinin 90 faizi müsəlmanlar olan Cənubi Qafqaz torpaqlarını, habelə Azərbaycanın şimal ərazisini işğal etmiş Rusiya bu məkanda öz siyasi hökmranlığını bərqərar etmək məqsədilə İrandan və Osmanlı İmperiyasından olan erməniləri Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırdı”.

M.Əliyeva qeyd edir ki, ermənilər XIX əsrin son 25 ilində Avropanın böyük dövlətlərinin, o cümlədən İngiltərənin köməyinə ümid edərək öz mifik arzularını həyata keçirməyə çalışır, Osmanlı imperiyasında silahlı qiyam ideyaları ilə çıxış edirdi. Məhsəti Əliyeva yazır: “XX əsrin əvvəlində öz məqsədlərinə çata bilməyən millətçi ermənilər Erməni Qriqorian Kilsəsi ilə əlbir olaraq baxışlarını Qafqaza, o cümlədən Azərbaycanın əzəli torpaqlarına yönəldirlər. Birinci Rus inqilabı illərində erməni millətçilər türk dünyasına özlərinin nifrətini gizlətmədən Azərbaycan xalqına qarşı çıxış edirlər. Beləliklə, erməni-azərbaycanlı qarşıdurmasının birinci mərhələsi başlanır. Bu mərhələdə “birinci skripka” rolunda “Daşnaksutyun” partiyası çıxış edir. “Daşnaksutyun” öz millətçi planlarında terroru mübarizə metodu kimi qəbul edərək Azərbaycan torpaqlarında dəhşətli cinayətlər törədir. İnqilabdan sonrakı illərdə daşnaklar Osmanlı imperiyasında “beşinci kalon” matrisini təşkil edirlər. Onlar öz məkrli niyyətlərini gizlətmədən Orta Şərqdən Qafqaza qədər geniş bir ərazidə dinc əhaliyə qarşı soyqırımı əməliyyatları aparan, “zinvor” adlanan silahlı dəstələr təşkil edirlər. Nəticədə erməni başkəsənlər 1 milyon 600 min müsəlmanı fiziki surətdə məhv edib, 600 min müsəlman qaçqın vəziyyətinə düşüb. Birinci Dünya müharibəsi illərində terror və zorakılıq daşıyıcısı olan ermənilərin cinayətləri Avropa dövlətlərinin hakim dairələrində ermənilərin “cəfakeş” obrazına şübhə ilə yanaşmağa əsas verirdi. Lakin erməni millətçilərinin başçıları onların nəzarət etdikləri osmanlı imperiyasının işğal edilmiş Şərq əyalətlərini əldə saxlamaq məqsədilə başkəsən erməni könüllü dəstələrinin qüvvələrin cəmləşdirmək üçün daşnak Andranik Ozanyanın rəhbərliyi ilə böyük dövlətlərdən kömək istəyir, ümid edirdilər ki, sülh müqaviləsi müzakirə edilərkən İngiltərə və Fransa Ermənistana muxtariyyət verilməsi məsələsini irəli sürəcəklər”.

Məqalə müəllifi vurğulayır ki, Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda Osmanlı İmperiyasına qarşı silahlı qiyam qaldırmış ermənilər “böyük ermənistan” barədə çoxəsrlik arzularını gerçəkləşdirə bilmədilər və bu arzunu Azərbaycan torpaqları hesabına həyata keçirməyi qərara aldılar.

Məhsəti Əliyeva yazır: “Özlərinin cinayətkar mahiyyətini gizlətməyən erməni millətçilər öz əməllərinə son qoymağa hazırlaşmır, çoxəsrlik arzularını reallaşdırmaq məqsədilə dəhşətli cinayətləri davam etdirir, Rusiyada Oktyabr çevrilişindən sonra Azərbaycana üz tuturdular. 1917-ci ilin axırlarında erməni millətçilər təkcə Qarabağda azərbaycanlıların yaşadığı 157 kənddə talanlar təşkil etdilər. Ermənilər Qafqaz regionunda yaranmış anarxiya və hakimiyyətsizlik şəraitindən istifadə edərək ermənilər üçün özgə ərazidə, konkret olaraq Azərbaycan torpaqlarında “böyük ermənistan” yaratmaq üçün cidd-cəhdlə öz əməllərini davam etdirirdi. Ermənilər bu mifik ideyanı reallaşdırmaq məqsədilə Azərbaycanın əzəli torpaqlarında “etnik təmizləmə” aparırdılar. Erməni millətçilərinin bu layihəsində Şaumyan və onun başkəsənlər dəstəsi - Lalayan, Amirov, Amazasp xüsusi fəallıq göstərirdi. Bolşevik ideologiyası ilə pərdələnən Şaumyan 1918-ci ilin yaz-yay aylarında Azərbaycan xalqına qarşı soyqırımı təşkil edir. Bu saxta bolşevikin rəhbərliyi ilə təkcə Bakı quberniyasında müxtəlif konfessiyalara mənsub olan 50 mindən çox dinc sakin məhv edilib. Şaumyan ermənilərin əsas çağırışlarını - Azərbaycan torpaqlarındakı dinc sakinləri məhv etmək və “etnik təmizləmə” aparmaq niyyətlərini əsas götürərək, Gəncə üzərinə yürüş təşkil etdi. Bu halda o, “bir güllə ilə iki dovşan vurmağı” - gənc Azərbaycan Demokratik Respublikasını (ADR) məhv etməyi və Yelizavetpol quberniyasında Azərbaycan xalqına qarşı qətliamı davam etdirməyi planlaşdırırdı. Uğursuzluqla nəticələnmiş “Gəncə yürüşü” əlləri Azərbaycan xalqının qanına batmış Bakı Sovetinin süqutunu sürətləndirdi və beləliklə, S.Şaumyanın bandası ilə əlbir olmuş erməni millətçiləri öz məqsədlərinə çata bilmədilər”.

Zəngəzurda Azərbaycan xalqına qarşı törədilən soyqırımının ADR hökumətini hiddətləndirdiyini qeyd edən müəllif yazır: “ADR-in 1918-ci il 20 dekabr tarixli Fövqəladə iclasında hökumətin üzvləri regionda yaranmış vəziyyəti müzakirə edərək vurğulayıblar ki, talanlar erməni separatçılarının qəsbkarlıq siyasətinin davamıdır. Bu siyasətin məqsədi Zəngəzur və Şuşa torpaqlarını müsəlman əhalisindən təmizləmək və bu əraziləri Azərbaycandan qoparmaqdır. İclasda iştirak edən hökumət üzvləri regionda yaranmış ağır vəziyyəti də nəzərə alaraq bəyan ediblər ki, erməni separatçılarının Zəngəzurda Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırımı ermənilərin antitürk siyasətindən irəli gəlir. “Əhrar” Partiyasının nümayəndəsi A.Əfəndiyev çıxışında xüsusi qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırımı “Ararat Respublikası”nın dövlət siyasətinin tərkib hissəsidir. Parlament iclasının sədri H.Ağaoğlu İrəvan quberniyası müsəlmanlarının məktublarına istinad edərək bildirib ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyununadək İrəvan quberniyasında 200-dən çox Azərbaycan kəndi tar-mar edilib və yandırılıb, sakinlərin bir hissəsi qətlə yetirilib, digərləri aclıqdan və soyuqdan tələf olan qaçqına çevriliblər. H.Ağaoğlu iclas iştirakçılarının diqqətini İrəvan torpaqlarında yaranmış vəziyyət üzərində cəmləşdirərək “Əhrar” Partiyasının nümayəndəsi A.Əfəndiyevin gətirdiyi faktların doğruluğunu təsdiqləyib. Məsələn, o vurğulayıb ki, erməni millətçilərinin Azərbaycan torpaqlarının yerli əhalisinə zor tətbiq etmələri onların azərbaycanlılara münasibətdə soyqırımı siyasətinin vektorlarından biridir”.

Öz mifik planlarını Azərbaycanın əzəli torpaqları hesabına həyata keçirməyə cəhd göstərən cinayətkar ermənilərin dinc Azərbaycan sakinlərinə zor tətbiq etdiklərini qeyd edən Azərbaycan alimi vurğulayır: “Daşnaklar tərəfindən silahlandırılmış millətçilər 1919-cu ilin əvvəlində Qarabağda azğınlıq edirdilər. Erməni milli şurası Zəngəzur, Gorus və Şuşada erməniləri silahlandırır, ADR hökumətinə tabe olmamağa çağırır, Qarabağ general-qubernatorluğuna qarşı qanunsuz fəaliyyət göstərirdi. ADR hökuməti erməni millətçilərinin vəhşiliklərini dayandırmaq məqsədilə, habelə dövlətlərarası münasibətləri müdafiə edərək dəfələrlə “Ararat Respublikası”na notalar göndərib. Azərbaycan xalqına qarşı soyqırımı siyasətindən əl çəkməyən ”Ararat Respublikası” Avropa ölkələrində və ABŞ-da “böyük ermənistan” haqqında sərsəm ideyanı yaymağa davam edir, eyni zamanda guya müsəlman aləmində məhvə məhkum olan əzabkeş erməni obrazı yaradırdı. Yaranmış vəziyyətdə ADR hökuməti dünya ictimaiyyətinə Qarabağın reallıqlarını nümayiş etdirməyə çalışırdı. ADR parlamentinin sədri Ə.Topçubaşov Paris Sülh Konfransında dünya ictimaiyyətinin diqqətini ermənilərin qan və ölüm saçan xisləti üzərində cəmləşdirməyə çalışıb. O, bu məqsədlə Qərb diplomatları ilə fəal danışıqlar aparıb. Onlar “erməni məsələsi”nin boz çalarlarını təəssüflə qeyd edərək, Qərbdə və xüsusilə ABŞ-da ermənipərəst sosial təbəqə yaratmış ermənilərin bu ölkələrdə geniş fəaliyyətlə məşğul olduqlarını, daşnak təşviqatçıların xüsusilə ABŞ-da qarışıq siyasi təşkilatlar yaratmaq yolu ilə fəal siyasətçilərin diqqətini cəlb etdiklərini göstəriblər”.

Məqalə müəllifinin fikrincə, ermənilər eyni zamanda Avropa ölkələrinin diqqətini cəlb etməyə çalışıblar. O yazır: “Bütün ermənilərin katolikosunun nümayəndəsi Poqos Nubar paşa bu məqsədlə Avropaya yola düşüb. O, Londonda ingilis ictimaiyyətinin nümayəndələri ilə “erməni məsələsi”nin həllinə dair fəal danışıqlar aparıb, ermənilərin bu məsələdə Rusiyaya etibar etmədiklərini vurğulayıb. Daşnak Y.Zavriyev Avropa dövlətlərinin “erməni məsələsi”nin həllinə münasibətini qabaqcadan öyrənmək məqsədilə Fransada da danışıqlar aparıb. O, danışıqlar zamanı Fransa diplomatiyasını gələcək Sülh konfransında “erməni məsələsi”nin əlverişli həllinə dəstək göstərməyə təhrik etməyə çalışıb. Ancaq Fransanın baş naziri Brian 1916-cı ilin yayında Poqos Nubar paşanı dəvət edərək, Fransanın bu məsələyə dair tərəddüdlərinin səbəbini izah edib. Səbəb də bundan ibarət olub ki, “erməni xalqının yalnız, məsələn, “Daşnaksutyun” kimi inqilabi təşkilatları var”. Ermənilərə inanmadığını gizlətməyən Rusiya İmperiyası İngiltərə hökumətinin Ermənistanın muxtariyyəti məsələsinə dair müraciətinə konkret cavab verib. Rusiya XİN-in sorğusuna əsasən müşavirə keçirilib. Qafqaz administrasiyasının yüksək vəzifəli məmurları aşağıdakı rəyi veriblər: “...ermənilərin müttəfiqlər üçün çoxlu qurban verməsinə baxmayaraq, onlar muxtariyyətə layiq deyillər, çünki onların inqilabi təşkilatlardan (daha dəqiq desək, terrorçu təşkilatlardan. Bu fakt Rusiya İmperiyasının hökumət dairələrini qorxudurdu - red.) başqa təşkilatları yoxdur. Erməni xalqının iradəsinin və istəklərinin ifadəçisi də məhz bu təşkilatlardır. Bu təşkilatlar Rusiyaya düşməncəsinə münasibət göstərdiyi üçün onların əlinə düşən muxtar Ermənistanın Rusiyaya düşmən kəsiləcəyindən ehtiyat etmək lazımdır”.

M.Əliyevanın fikrincə, bu sənədin tarixi əhəmiyyəti bundan ibarətdir ki, Rusiyanın rəsmi dairələri, o cümlədən Qafqaz ordusunun Baş Qərargahının yüksək rütbəli hərbçiləri artıq 1916-cı ilin ortalarına doğru ermənilərin separatizmə və terrora əsaslanan mahiyyətini - “erməni sindromu”nun sinergiyasını başa düşmüşdülər. M.Əliyeva yazır: “Erməni sindromu”nun dəhşətləri Birinci Dünya müharibəsi illərində parlaq şəkildə təzahür etmişdi. Erməni separatçılarının silahlı qüvvələri Orta Şərqdən Orta Asiyaya qədər coğrafi məkanı əhatə edən arealda iki milyondan çox dinc sakini, o cümlədən uşaqları, qadınları və qocaları qətlə yetirmişdilər. Jorj de Malevil, Erik Fayql, Şuxrat Salamov və digər müstəqil tədqiqatçılar öz əsərlərində təkzibedilməz faktlara əsaslanaraq bu barədə yazıblar. Yad bir ərazidə - Azərbaycanın əzəli torpaqlarında öz dövlətini yaradan daşnak hökuməti əsl təcavüzkar oldu. İrəvan quberniyasının ərazisində (Azərbaycanın əzəli torpağı) Ermənistan Respublikası elan edən və bununla da Azərbaycan torpaqlarının 10.400 kvadratmetrini ələ keçirən erməni tərəfi “əldə edilmişlə” kifayətlənməyib Qarabağ torpaqlarına ərazi iddiaları irəli sürdü”.

Məqalə müəllifi vurğulayır ki, Şərqi Anadoluda öz dövlətçiliyini qurmaq arzusunu gerçəkləşdirə bilməyən ermənilər, yəni Erməni Qriqorian Kilsəsi, XIX əsrin sonunda yaradılmış erməni siyasi partiyaları və erməni lobbisi öz çoxəsrlik arzularını Azərbaycan torpaqları hesabına həyata keçirməyə çalışırdılar. Regionda yaranmış sosial-siyasi vəziyyət də buna şərait yaradırdı. Bu da ermənilərə müəyyən ümidlər verirdi və beləliklə, mexanizm işə salındı.

Azərbaycan alimi M. Əliyeva İsrailin “News From Israel” portalında yerləşdirilən eksklüziv materialında fikrini belə tamamlayır: “Azərbaycanın Şuşa şəhərinin erməni icması 1918-ci ilin iyununda Ermənistan Respublikasının, habelə erməni lobbisinin təzyiqi ilə “millətlərin təyini-müqəddəratı hüququ haqqında” tezisi əldə bayraq edərək demaqoq mahiyyətli şüarla çıxış etdi: ”Dağlıq Qarabağ Ararat Respublikası ilə birləşməlidir”. Bu yolla “Dağlıq Qarabağ” problemi müasir tarixi mərhələyə qədəm qoydu. Onun mahiyyəti Azərbaycan tarixini saxtalaşdırmaq, məqsədi tarixi torpaqlarımızı qəsb etmək idi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib