Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəzərdə tutulan tədbirlər ölkə vətəndaşlarının sosial müdafiəsini daha da gücləndirəcək

Nəzərdə tutulan tədbirlər ölkə vətəndaşlarının sosial müdafiəsini daha da gücləndirəcək

Bakı, 13 aprel, AZƏRTAC

Bəşəriyyəti ciddi narahat edən koronavirus epidemiyası hazırda dünya miqyasında sürətlə yayılmaqdadır. Dünyanın əksər ölkələrində getdikcə daha sürətlə yayılan pandemiya can almaqda davam edir. Baş verən hadisələr də təsdiqləyir ki, koronavirus pandemiyası sərhəd tanımayaraq dünya boyunca yayılıb və faciəvi nəticələrə gətirib çıxarıb. Təəssüflə qeyd etməliyəm ki, bu qorxunc kabus ölkəmizin də başı üzərində dolaşmaqdadır. Bu virus səbəbindən dünyanın müxtəlif ölkələrində, həmçinin respublikamızda həyatını itirənlər də var. Ancaq digər ölkələrlə müqayisədə respublikamızda bu yoluxucu xəstəlikdən dünyasını dəyişənlərin sayı xeyli azdır. Bunun əsas səbəbi ölkə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, pandemiyanın acı fəsadlarının qarşısını vaxtında almaq üçün bütün imkanlardan vaxtında istifadə edilməsidir.

Bu fikirləri AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, hüquq elmləri doktoru Mehdi Abdullayev bildirib.

Mehdi Abdullayev bildirib ki, koronavirus pandemiyası hazırda qlobal təhlükəyə çevrilib. Məhz bu baxımdan da bunun qarşısının alınması qlobal cavab tələb edir. Bu virus baş qaldıran ilk günlərdən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatlar çaşqın vəziyyətə düşdü və özünəqapanma yolunun seçilməsi və arxayınçılıq öz acı fəsadlarını göstərdi. Ölkəmizdə isə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldı. Yaranmış şəraitə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesinin mərhələli şəkildə aprelin 20-dək dayandırılması barədə qərar qəbul edildi. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət qurumlarının və özəl təşkilatların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, digər bütün vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir. Hazırda respublikamızda xüsusi karantin rejimi tətbiq olunur və iki həftədən çoxdur ki, ölkədə əksər iş yerlərinin fəaliyyəti dayandırılıb. İş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədar dövlət əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Tədbirlər Planı hazırlayıb və hazırda nəzərdə tutulan proqram uğurla həyata keçirilir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır.

Nazir müşaviri qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün dövlətimizin başçısının tapşırığı ilə 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb. Buna qədər isə pandemiyanın vurduğu ziyanın aradan qaldırılması üçün dövlətimizin başçısının Sərəncamı ilə bir milyard manatdan artıq vəsait ayrılmışdı. Bütün bunlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, iş yerləri müvəqqəti dayandırılmış müəssisələrdə çalışanların, həmçinin işsizlərin rifahının yaxşılaşdırılması məqsədini daşıyır.

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə dövlətimizin başçısı bu barədə daha geniş məlumat verdi. Qeyd etdi ki, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayıb və təsdiq edib. Həmin tədbirdə də diqqətə çatdırıldı ki, koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir.

Dövlət öz vətəndaşlarını heç vaxt darda qoymayıb. Biz indiyədək bir neçə dəfə buna oxşar hadisələrin şahidi olmuşuq. Bu vaxta qədər ölkəmizdə baş verən təbii fəlakətlər - zəlzələlər və daşqınlar zamanı dövlətimizin başçısı dərhal hadisə yerinə gedib, zərər çəkmiş əhali ilə görüşüb, onlara dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini bildirib və verdiyi vədi layiqincə yerinə yetirib. Koronavirus pandemiyasının vurduğu ziyan zamanı da bunun şahidi olduq. Nazirlər Kabineti tərəfindən hazırlanmış Tədbirlər Planına əsasən, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılması nəzərdə tutulub. Qeydiyyata düşmüş işsizlər üçün artıq birdəfəlik 190 manat ödənilməsinə başlanılıb. Bu vaxta qədər 55 min işsiz bu imkandan yararlanıb. Nazirlər Kabinetinin Tədbirlər Planında daha sonra nəzərdə tutulub ki, banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir. Bu istiqamətdə digər imtiyazlar da nəzərdə tutulub.

Bu tədbirlərin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Bunlarla yanaşı, sosial təcrid tədbirləri nəticəsində, əhali tərəfindən elektrik enerjisi sərfi artmışdır. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilmişdir. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.

“Mən işsizlər üçün 190 manat birdəfəlik müavinət ödənilməsi məsələsindən bir qədər ətraflı söhbət açmaq istərdim. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılıb. Bundan əlavə, qeydiyyatdan keçən işsiz vətəndaşlara, onların ailə üzvlərinə yaşayış minimumu məbləği, yəni 190 manat ödənilməsi nəzərdə tutulub. Bu dəstək planı yaranmış vəziyyətdə əhaliyə maddi dəstəyin təmin edilməsində mühüm rol oynayacaq. Hökumətin qəbul etdiyi dəstək planında nəzərdə tutulur ki, Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə bu ilin aprel-may aylarında yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək. Bu məqsədlə 70 milyon manat ayrılıb. Bununla yanaşı, tədbirlər planında bu il pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi və mikro sahibkara iş yerlərinin ixtisar edilməməsi məqsədilə maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon manat ayrılıb.

Bu tədbir işsiz və pandemiya nəticəsində iş yerini itirərək, işsiz statusuna düşən şəxslərin müdafiəsinə yönəlib. Artıq özünüməşğulluq proqramının icrasına başlanılıb. Üç minə yaxın insan təlimlərdən keçərək layihəyə cəlb edilib. Bu il ən azı 11 min insanı özünüməşğulluq proqramı ilə əhatə etməyə çalışacağıq.

Aprel-may aylarında ölkədə 50 min ictimai iş yeri yaradılması üçün 30 milyon manat ayrılıb. Həmin iş yerləri üçün ayda 300 manat olmaqla əməkhaqqı nəzərdə tutulub. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərimiz və rayonlarımız üzrə bölgü müəyyən edilib. Gələn həftədən etibarən bu şəxslərin 50 min iş yerinə cəlb edilməsi prosesinə başlanılacaq”, - deyə Mehdi Abdullayev bildirib.

Göründüyü kimi, dövlət hər zaman öz vətəndaşının yanındadır. Hazırda işsizlər üçün ayrılan vəsait bu sahədə yaranmış problemin həllinə kömək edə biləcəyinə əminlik yaradıb. Bütün bunlara baxmayaraq, bəzi qaragüruhçular müxtəlif şayiə və yalanlarla dövlətin həyata keçirdiyi tədbirlərə, o cümlədən görülən işlərə kölgə salmağa çalışırlar. Təbii ki, insanlar arasında çaşqınlıq yaratmaq istəyənlər öz istəklərinə, xəbis niyyətlərinə nail ola bilməyəcəklər. Belə iftira və böhtanlar iqtidar-xalq birliyinə təsir edə bilməz. Çünki xalq öz Prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub VİDEO

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub VİDEO

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb