Nicat Şıxəlizadə: Döyüşdə buraxdığım kiçik səhvə görə məğlub oldum
Bakı, 11 may, AZƏRTAC
Finalda qarşılaşdığım rəqibə bir neçə dəfə qalib gəlmişəm. Həlledici mərhələdə qələbə qazanacağıma ümid edirdim. Həm də bu yarış ölkəmizdə keçirildiyinə görə mütləq qalib gəlmək istəyirdim. Döyüşdə buraxdığım kiçik səhvə görə məğlub oldum.
AZƏRTAC xəbər verir ki, bu sözləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirində gümüş medal qazanmış cüdoçumuz Nicat Şıxəlizadə deyib.
Cüdoçu növbəti turnirlərdə də uğurla çıxış edib Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı qarşıya məqsəd qoyduğunu bildirib.
Nicat Şıxəlizadə komanda yoldaşlarının məğlub olmasına münasibət bildirərkən onların əksəriyyətinin gənc olduğunu vurğulayıb: "Bu gün onlardan da medal gözləyirdik. Onların əksəriyyəti gənclərdir və bu yarışda özlərini sınadılar. Ümid edirəm ki, növbəti turnirlərdə medal qazanacaqlar".
İdmançı qarşıda əsas hədəfin ikinci Avropa Oyunları olduğunu bildirib: “Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında uğurla çıxış etmək istəyirəm. Bunun üçün hazırlığımı bir qədər də artırmalıyam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]
UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib
- 14.10.2026 [09:55]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
- 14.10.2026 [01:15]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:48]