Niderland çempionatında cari mövsüm ləğv olunub
Bakı, 25 aprel, AZƏRTAC
Koronavirus pandemiyasına görə Niderland çempionatında cari mövsüm ləğv olunub.
AZƏRTAC Eredeviziyanın rəsmi saytına istinadla xəbər verir ki, çempion elan olunmayacağı və yüksək liqanı heç bir komandanın tərk etməyəcəyi bildirilib. Yeni mövsümdə isə hazırkı 18 klub iştirak edəcək.
Avrokuboklara vəsiqələrin sahibi turnir cədvəlindəki hazırkı sıralamaya əsasən müəyyənləşəcək. Lider “Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci olan “AZ Alkmar” ikinci təsnifat mərhələsində, 3-cü pillədə qərarlaşan “Feyenoord” Avroliqanın qrup mərhələsində, PSV və “Villem II” isə (4-5-ci yerlər) ikinci təsnifat mərhələsində iştirak edəcək.
Bundan başqa, Hollandiya kubokunun “Utrext” - “Feyenoord” finalı da baş tutmayacaq.
Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]