Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Arpadarai: Erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb olunması üçün işləri davam etdirmək lazımdır

Nigar Arpadarai: Erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb olunması üçün işləri davam etdirmək lazımdır

Bakı, 20 avqust, AZƏRTAC

Ardıcıl bir neçə gündür ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutması barədə xəbərlər gəlir. Əgər əvvəllər hadisələrin çoxu Azərbaycan-Ermənistan sərhədində baş verirdisə, indi atışmalar Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa müvəqqəti yerləşdiyi zonada baş verir. Bir neçə ay əvvəl, istər yerli, istərsə də beynəlxalq miqyasda ictimai rəydə (ən azından müəyyən bir qismində) belə bir fikir var idi ki, Ermənistandakı seçkilərdən sonra Paşinyanın qalib gələcəyi təqdirdə, o, üçtərəfli Bəyanatın bəndlərinin həyata keçirilməsi ilə bağlı işləri davam etdirəcək, ona görə ki, Ermənistanın, sadəcə olaraq, başqa yolu yoxdur. Çünki, Azərbaycan və Türkiyə ilə sülhün bağlanılması Ermənistan üçün 30 illik ekspansionizm və qonşularına qarşı iddiaları ilə özünü saldığı dərin siyasi və sosial böhrandan çıxmağın yeganə yoludur. Bu sülh Ermənistana və erməni xalqına hərbi məğlubiyyətin acısını bir qədər yumşaldar, yeni iqtisadi imkanlar, inkişaf etmək fürsəti verə bilər. Bu şans olmadan Ermənistan batmağa davam edəcək. Bu aşkar həqiqətlər bəzi mütəxəssislərə ümid verirdi ki, məhz sağlam düşüncə dəyişiklik küləyinə çevrilib dağıdıcı zərbəyə məruz qalmış erməni gəmisini düzgün istiqamətə yönəldəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Nigar Arpadarainin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ancaq bu baş vermədi və çətin ki, baş versin, ən azından bu, gözlənilən tərzdə reallaşmadı. Ermənistanın siyasi sistemi, onun konstitusiya quruluşu, diaspora ilə Ermənistan hakimiyyəti arasındakı münasibətlər, eləcə də Paşinyanın şəxsiyyəti və siyasi yolu buna imkan verməyəcək.

Paşinyan müharibə günlərində olduğu kimi boyun qaçırmaq və yalan danışmağa davam edəcək. O, özünün, hər dəfə yeni xarici işlər və müdafiə nazirlərinin dili ilə davakar çağırışlar səsləndirəcək. Əvvəl həmin çağırışları xarici siyasət gündəminə gətirəcək və sonra isə onları özünün "kompromis" təklifləri ilə qismən etibarsız hesab etməklə "yumşaltmağa" çalışacaq. Bütün bunlar, sadəcə, barışmaz cəmiyyət fonunda "ağıllı" bir siyasətçi təəssüratı yaratmaq və "qərbli dostlarını" sevindirmək üçündür. Çox güman ki, şəxsi söhbətlərdə onlar ona güzəştə getməyi, reallığı qəbul etməyi tövsiyə edirlər. Onlar həmişə belə edirlər.

Məqsəd Moskvaya onun danışıqlar apara biləcəyini göstərməkdir və onun Fransaya doğru dreyfi taktiki manevrdən, blefdən başqa bir şey deyil və sairə və ilaxır.

Başqa sözlə, Paşinyan ümidsizcəsinə manevr etməyə davam edəcək. Bunların hamısı bir məqsəd uğrunda edilir - vaxt qazanmaq. Baş nazir kürsüsündə bir qədər də uzun müddətə qala bilmək üçün. Bəyanatın bəndlərinin icrasını təxirə salmaq üçün elə onun tabeçiliyində olanlar tərəfindən təşkil edilən sərhəddə törədilən təxribatlara istinad edəcək, məsuliyyəti parlamentə, orduya, sülhməramlılara, Minsk qrupuna, Roma Papasına və sairəyə (doğrusu, istənilən tərəfə) həvalə etməklə üzərindən atmağa çalışacaq.

Paşinyan strateji planlaşdırma qabiliyyətinə malik deyil və bu, yəqin ki, bu gün Ermənistanın ən böyük faciəsidir. Həqiqətən də, strateji planlaşdırma olmadan, imperializmin bu yan məhsulu (və ya layihəsi) olan erməni dövlətinin mövcudluğu özü böyük bir sual altındadır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanla Azərbaycan arasındakı münaqişənin bitdiyini bəyan etmişdir. Ən yüksək səviyyəli siyasətçi və diplomat olan dövlətimizin başçısının dediyi hər bir söz əsaslandırılır, ölçülüb-biçilir və məntiqə söykənir. Prezident məhz bu sözləri işlətdikdə, mənim anlayışımda, o, Azərbaycanın 30 illik münaqişəni və işğaldan irəli gələn strateji vəzifələri yerinə yetirdiyini söyləyir. Eyni zamanda, qarşımızda bir sıra taktiki vəzifələr dura bilər: azərbaycanlıların Xankəndinə və Xocalıya qayıtması, Qarabağdakı erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası, sülhməramlıların müvəqqəti məsuliyyət zonasında silahlı birləşmələrin qalıqlarının tərksilah edilməsi.

Ancaq vəziyyət kökündən dəyişdi. Əgər Vətən müharibəsi nəticəsində torpaqlarımız azad edilməsindən əvvəl hər yeni gün işğal müddətinə əlavə olunan daha bir ağrılı gün idisə, işğalçılar torpaqlarımızı apokaliptik bir səhraya çevirərək qarət etməyə və viran etməyə davam edirdilərsə, bu gün hər yeni gün suveren ərazimizə nəzarətin gücləndirildiyi, inşaat, mina təmizləmə və bərpa işlərinin aparıldığı bir gündür. Eyni şəkildə, hər keçən gün Xankəndindəki oyuncaq rejimin qalıqları zəifləyir və mənasızlaşır. Hayastan fondundan heç bir maliyyə dəstəyi və ya Moskva və Parisdəki ermənipərəst lobbiçilərin dəstəyi bu dinamikanı dəyişdirə bilməyəcək. Oyuncaq rejim vaxtaşırı kənardan gələn sifarişlə hərəkət etsə belə artıq cəsəddən başqa bir şey deyil.

Prezidentimizin dedikləri də məhz budur.

Həm də ki, Azərbaycan artıq bu məsələdə xarici oyunçulardan və onların "vasitəçilik" cəhdlərindən asılı deyil. İşğal olunmuş torpaqlar məsələsi artıq bizim üçün "zəif halqa" deyil. Artıq bizi "status" və ya dərin eşelonlaşdırılmış erməni müdafiəsi və problemin hərbi yolla həllinin mümkünsüzlüyü haqqında hekayələrlə şantaj edə bilməyəcəklər.

Azərbaycan, hər zaman olduğu kimi, danışıqlara, kompromislərə və ağlabatan həllər axtarışına hazırdır. Ancaq indi Azərbaycana hər hansı bir şey təklif etmək istəyən hər kəs bunu son 30 il ərzində edildiyi kimi, vəziyyətin mürəkkəbliyinə və ya "reallığa" istinad etmədən, heç bir ön şərt irəli sürmədən "sıfırdan" etməlidir.

Bu mövqe tamamilə haqlı mövqedir və hər şeydən əlavə, o deməkdir ki, məhz Ermənistan mövcud imkanlar arasında ən yaxşısı kimi üçtərəfli Bəyanatın tam və qeyd-şərtsiz yerinə yetirilməsində ən çox maraqlı olan tərəf olmalıdır. Bizim üçün bu baxımdan tələsməyə heç lüzum yoxdur. Tarixi proses işə salınmışdır və zaman indi Azərbaycanın xeyrinə və Ermənistana qarşı işləyir. Ermənistan Azərbaycanla hərtərəfli sülh müqaviləsinin imzalanmasını nə qədər gecikdirərsə, onun itirəcəkləri də bir o qədər çox olacaq. Əgər nəticədə Ermənistanda müasir Ermənistan Respublikasının ksenofob və faşist siyasi sistemini aşaraq düzgün qərar verməyə qadir olan hər hansı bir siyasi qüvvə və ya lider tapılmasa, Ermənistanın özü üçün daha pis olacaq.

Prezidentimizin bu prosesi sona çatdıra biləcəyinə heç kimin şübhəsi olmasın. O, artıq bütün dünyaya və öz xalqına sözünün çox dəyərli olduğunu sübut etmişdir.

Yuxarıda göstərilənlər ilə birlikdə hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin yekun olaraq tarixə çevrilməsi üçün son dərəcə vacib olan bir məsələ var. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Ötən əsrin sonunda Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı törətdikləri cinayətlərə görə iki erməni terrorçu - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan tutularaq məhkum olunmuşlar. Bir sıra faşistlər, Birinci Qarabağ müharibəsinin erməni "qəhrəmanları" işğal olunmuş ərazilərdə gedən döyüşlərdə iştirak etmək üçün Azərbaycan sərhədini qanunsuz keçən zaman ordumuz tərəfindən məhv edilmişdir. Ancaq bir çoxları hələ də sağdır və hələ də azadlıqdadır. Baxmayaraq ki, onların cinayətləri sənədləşdirilmiş və sübut olunmuşdur. Onların bəziləri hətta Qarabağdakı "qəhrəmanlıqları" haqqında mətbuata müsahibələr veriblər.

Bu gün, uzun müddətdir davam edən "Xocalıya ədalət!" şüarını beynəlxalq ictimaiyyətə işğal və qətllər barədə xatırlatma kimi istifadə edilməsi ilə kifayətlənməməli, onu hüquq-mühafizə və diplomatik orqanların da iştirak etdiyi açıq və aydın bir proses vasitəsilə cinayətkarların məsuliyyətə cəlb olunması üçün bir fəaliyyət proqramına çevirməliyik. Davamlı sülhə nail olmaq üçün vasitəçilik səylərinə hələ də ehtiyac olduğunu düşünən beynəlxalq qüvvələrə Azərbaycanın mövqeyi və məqsədləri açıq şəkildə bildirilməlidir. Erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb edilməsi uzunmüddətli və əhatəli həll prosesinin bir hissəsi olmalıdır.

Ermənistan və Azərbaycan sülh şəraitində yaşaya bilər. Prezidentimiz bunun mümkün olduğu barədə inamla danışanda özünün dərin siyasi təcrübəsinə, dünya tarixi və insan təbiəti haqqında biliklərinə əsaslanır. Xalqlar sülh içində yaşamaq üçün bir yol tapmalıdırlar və onlar gec-tez onu tapacaqlar.

Lakin Xocalı soyqırımını, Azərbaycana və onun xalqına qarşı digər müharibə cinayətlərini təşkil etmiş erməni siyasi və hərbi liderlərinin şəxsi məsuliyyəti güzəşt mövzusu ola bilməz. Biz bu işi sona çatdırmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib