Nigeriyada qum mədəninin çökməsi nəticəsində 11 uşaq ölüb
Qahirə, 4 iyun, AZƏRTAC
Nigeriyada qum mədəninin çökməsi nəticəsində 11 uşaq həyatını itirib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Nigeriya polisi hadisənin ölkənin şimalında yerləşən Kaduna vilayətində baş verdiyini bildirib.
Qeyd olunur ki, 4-9 yaş arasında olan bu uşaqlar qeyri-rəsmi dini mədrəsədə dərsdən sonra vaxtaşırı Kubau bölgəsində yerləşən Yardoka kəndi yaxınlığında palçıqdan kərpic hazırlamaq üçün qum çıxarırdılar.
Kaduna vilayəti polisinin sözçüsü Mənsur Həsən bildirib ki, 11 uşaq həyatını itirib, daha 7 uşaq isə yaralanıb və hazırda xəstəxanada müalicə alırlar.
O əlavə edib ki, polis kənddən olan könüllülərlə birlikdə qəzaya uğrayan mədəndən uşaqların cəsədlərini çıxarıb.
Vurğulanıb ki, uşaqların təhsildən yayınaraq mədəndə işlədilməsi və istismarı barədə araşdırma başlanıb.
Nigeriyanın, əsasən müsəlmanlar yaşayan şimal bölgələrində “Almajiri” adlanan qeyri-rəsmi Quran məktəbləri geniş yayılıb. Kasıb ailələrin uşaqları, adətən bu məktəblərə Quran öyrənmək üçün göndərilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]