NİHAD MOSKVANIN “SPARTAK” KLUBUNA KEÇMƏKDƏN İMTİNA ETMİŞDİR
Türkiyəli hücumçu demişdir: “Hazırda məni ən çox düşündürən bir məsələ varsa, o da kluba kömək etməkdir. Mən “Real Sosyedad”ın rəhbərliyi ilə görüşdüm və biz qərara aldıq ki, may ayınadək komandada qalacağam. “Spartak”la müqavilənin mümkünlüyündən hazırda danışmaq istəmirəm, çünki mən San-Sebastyan şəhəri komandasının oyunçusuyam”.
26 yaşlı Nihadın bu klubla müqaviləsinin müddəti cari mövsümün sonunda bitir, bundan sonra o, azad agent hüququ ilə istənilən komandaya keçə bilər.
Onun bu yay “Spartak”a keçməsi istisna edilmir. Əgər o, iyunun 30-dək başqa kluba keçsə, ispanlar futbolçuya görə müəyyən məbləğdə pul almaq imkanına malik olacaqlar.
Nihadın 2005-ci il “Spartak”a keçməkdən imtina etməsinin başlıca səbəbi “Real Sosyedad”ın hücumçusu Darko Kovaçeviçin ciddi zədə alması ilə bağlıdır. Darko mövsümün sonunadək oynamayacaqdır.