“Nord Stream 2” layihəsi üzrə işlər yekunlaşır
Bakı, 1 aprel, AZƏRTAC
Rusiyadan Almaniyaya təbii qaz nəqlini nəzərdə tutan “Şimal axını 2” (“Nord Stream 2”) boru kəməri layihəsi üzrə işlər tamamlanır.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Gazprom” şirkəti “Şimal axını 2” layihəsinin 95 faizini əhatə edən 2339 kilometrlik borunun döşənməsi işlərinin yekunlaşdığını bildirib.
Layihənin icraçısı “Nord Stream 2 AG” şirkəti isə qoşa boru kəmərinin inşasının Almaniya və Danimarka sularında davam etdiyini açıqlayıb. Bildirilir ki, boru kəmərinin tamamlanması üçün 121 kilometrlik hissəsi qalır.
Təxminən 10 milyard avroya başa gəlməsi gözlənilən “Nord Stream 2” layihəsi ilə illik 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya nəqli planlaşdırılır.
ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələrin qarşı çıxdığı layihənin tərəfdaşları sırasında “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi şirkətlər, eləcə də layihə icraçısı qismində “Gazprom” şirkəti var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]