Norveç və Danimarka ərazilərinə giriş qaydaları sərtləşdirilir
Stokholm, 10 yanvar, AZƏRTAC
Norveç və Danimarka öz ərazilərinə giriş qaydalarını sərtləşdirir və vətəndaşlara xaricə səyahət etməkdən imtina etməyi tövsiyə edir.
AZƏRTAC xəbər verir ki, Norveç hökuməti ölkə daxilində və xaricdə vacib olmayan səyahətlərdən imtina etmək çağırışı ilə ölkə vətəndaşları üçün yeni tövsiyələr hazırlayıb.
Ölkənin səlahiyyətli şəxsləri, ölkəyə giriş üçün əvvəlcədən qeydiyyatdan keçmə, gəlişdən 72 saat əvvəl və gəlişdən sonra 24 saat ərzində koronavirus testlərini tələb edən yeni qaydaları təqdim ediblər. Qaydalar Norveç vətəndaşlarına münasibətdə də tətbiq ediləcək.
Qonşu Danimarkada da hökumət vətəndaşlara başqa ölkələrə səyahət etməkdən imtina etməyi tövsiyə edib.
“İndi bütün dünya qırmızı zonadadır”, - deyə yoluxanların artan sayını nəzərdə tutan Danimarka xarici işlər naziri Yeppe Kofod cümə günü mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, vətəndaşlar üçün tövsiyələr ehtiyat prinsipi əsasında hazırlanıb. “Əgər siz xaricə getmək barədə düşünürsünüzsə, sadəcə bundan imtina edin”, - deyə o bildirib.
Hökumət öz vətəndaşlarına verdiyi tövsiyələrlə yanaşı Danimarkaya girişi də məhdudlaşdırıb. Əsas qayda ondan ibarətdir ki, Danimarkada yaşamayan xarici vətəndaşların ölkəyə girişi qadağandır. Buna baxmayaraq, bir sıra istisnalar mövcuddur. Əcnəbilərin girişinə üzrlü səbəb və girişdən əvvəl 24 saat ərzində mənfi COVID-19 testi olduqda icazə verilə bilər.
Rauf Əliyev
AZƏRTAC -ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]