NÖVBƏTİ BELARUS KİNOFESTİVALIDIR
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 15-dən 22-dək Belarusda “Listopad” (“Xəzan”) kinofestivalı keçiriləcəkdir. Festivalda Azərbaycan rejissorları Şamil Nəcəfzadənin “Qala” bədii filminin və Ziya Şıxlinskinin “Dua” sənədli filminin iştirak edəcəyi gözlənilir. Hazırda filmlər festivalın təşkilat komitəsinə göndərilmişdir.
Nazirliyin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovun sözlərinə görə, festival Belarus Mədəniyyət Nazirliyinin, Minsk Şəhər İcraiyyə komitəsinin, Belarus Dövlət Milli Teleradio şirkətinin və “Belarusfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilir. Festivalın sədri xalq artisti Rostislav Yankovskidir.
Qaliblərə “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı kişi roluna görə” və s. nominasiyalar üzrə mükafatlar təqdim ediləcəkdir. Festivalın baş mükafatı “Tamaşaçı rəğbəti mükafat”ı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]