Növbəti depozit hərracları keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracları təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hərracların nəticələrinə əsasən ümumilikdə 850 milyon manat məbləğində xəzinə vəsaitinin banklarda yerləşdirilməsi təmin edilib. Belə ki, kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankda 28 gün müddətinə, 7,25 faiz orta çəkili faiz dərəcəsi ilə 350 milyon manat məbləğində vəsait depozitə yerləşdirilib.
Digər hərrac üzrə təklif təqdim edən dörd bankda isə 90 gün müddətinə, eyni – 7,25 faiz orta çəkili faiz dərəcəsi ilə 500 milyon manat məbləğində xəzinə vəsaiti depozitə yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]
Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub
- 06.08.2026 [23:38]
Tramp müdafiə nazirindən razılıq edib
- 06.08.2026 [23:23]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
- 06.08.2026 [23:00]
Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır
- 06.08.2026 [22:51]