Növbəti “GRE: General Test” imtahanı keçiriləcək
Bakı, 16 dekabr, AZƏRTAC
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 09:00-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.
Bəyannamə imtahan iştirakçı tərəfindən çap edilərək imzalanmış halda gətirilməlidir.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin ediləcək.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
“GRE: General Test” imtahanı haqqında ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib
- 02.10.2026 [17:28]
Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı
- 02.10.2026 [17:15]
Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb
- 02.10.2026 [16:59]
Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]