Novruz bayramı ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib


Ankara, 14 aprel, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinə (TBMM) Novruz bayramı ilə əlaqədar martın 21-nin rəsmi qeyri-iş günü elan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, normativ aktın təşəbbüskarı hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Serkan Bayramdır.
Qanun layihəsi ilə bağlı Ankarada keçirdiyi brifinqdə S.Bayram bildirib ki, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi astronomik tarix olan yaz bərabərliyi günüdür.
“Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən türk dövlətlərində Novruz bayramı geniş şəkildə qeyd edilir. Bu bayram yeni günün, təbiətin dirçəlişini simvolizə edir. Novruz həm də birlik və qardaşlıq rəmzidir. Türklər üçün Novruz Ərgənəkon dastanına bərabərdir”, - deyə deputat bildirib.
S.Bayram deyib ki, Türkiyə Böyük Millət Məclisinin deputatı və BMT-nin sülh elçisi kimi martın 21-nin Türkiyədə rəsmi qeyri-iş günü elan olunmasını parlamentə təklif edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [15:46]
Çində restoranda baş verən yanğında 22 nəfər ölüb
- 29.04.2025 [15:24]
Astanada XIX-XX əsrlərə aid nadir arxiv materialları nümayiş etdirilib
- 29.04.2025 [15:23]
İspaniyanın elektrik şəbəkəsi operatoru kiberhücum ehtimalını istisna edib
- 29.04.2025 [14:57]
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
- 29.04.2025 [14:18]
“Amazon”un internet peyklərinin ilk qrupu orbitə çıxarılıb
- 29.04.2025 [14:09]
İzmirdə 31 FETÖ üzvü saxlanılıb
- 29.04.2025 [14:08]
Kanadanın Baş naziri: ABŞ ilə əvvəlki münasibətlər dövrü başa çatıb
- 29.04.2025 [14:05]
Latviya Ukraynaya 1500 PUA göndərib
- 29.04.2025 [13:58]