Novruz bayramı münasibətilə iməcilik keçirilmişdir
Bakı, 25 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin (İB) Ə.Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istehsalat sahələrində Novruz bayramı münasibətilə iməcilik keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iməcilikdə idarənin inzibati binası, mədənlər, sexlərdə əkilən ağacların dibləri yumşaldılmış, gövdələri əhənglə ağardılmış və suvarılmışdır.
Bununla yanaşı, 1-ci mədənin 4-cü sahəsində 500 kvadratmetr sahə buldozer vasitəsilə hamarlanmış, digər sahələrdə metal qırıntılar toplanmış, sahələr alaq otlarından və tullantılardan təmizlənmiş, abadlıq işləri aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]