“Nur Art-House” qalereyasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı, 31 may, Salihə Əliyeva, AZƏRTAC
“NUR Art-House” qalereyasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Azərbaycan xalçaları gənc rəssamların təxəyyülündə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Azərbaycan xalçaçıları” İctimai Birliyi, Məmməd Səid Ordubadi Memorial Muzeyi, Əzim Əzimzadənin ev-muzeyi və “Subhnur” Tədris və İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.
Əzim Əzimzadənin ev-muzeyinin direktoru İradə Əzimzadə uşaqları təbrik edib, “Subhnur” Tədris və İnkişaf Mərkəzinin rəhbəri Gülnarə Hüseynova isə bu bayramın əhəmiyyətindən danışıb.
Sonra sağlamlıq imkanları məhdud uşaqlar – respublika internat məktəbinin 3-cü sinif şagirdləri Fidan Tağıyeva, Səma Ömərova, Fidan Əhmədova və Sevinc Qəribovanın ifasında konsert keçirilib, “Dinamo” məktəbinin şagirdi Ləman Allahverdiyeva akrobatik kompozisiya göstərib, uşaqlar mahnı və rəqslər ifa ediblər.
Tədbir çərçivəsində uşaqlar xalça toxuma prosesi və eskiz-naxışların yaradılması ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]