“Nur” həndbol komandasından ardıcıl üçüncü qalibiyyət
Bakı, 15 fevral, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya İdman Mərkəzində son ölkə çempionu olan “Nur” komandası “İdman Akademiyası”nı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən görüş Mingəçevir təmsilçisinin xeyrinə başa çatıb - 32:16. Bu, çempionata elə də yaxşı başlamayan “Nur”un yeni ildən etibarən ardıcıl üçüncü qələbəsi olub.
Xatırladaq ki, “Nur” komandası “Gənclər Birliyi” həndbolçularını 44:20, “Azəryol” kollektivini isə 22:20 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]