DÜNYA
Nyu-York meri: Mask hökumətdəki vəziyyəti düzəltməyə başlayacaq
Bakı, 14 noyabr, AZƏRTAC
ABŞ-da yeni nazirliyə (hökumətin səmərəliliyi nazirliyi) rəhbərlik edəcək İlon Mask arxaik hökumət sistemində bürokratiya ilə mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri Birləşmiş Ştatların indiki administrasiyasının kəskin tənqidçisi olan Nyu-York meri Erik Adams səsləndirib.
“Düşünürəm ki, komandaya daxil edilməsi vacib olan insanlardan biri İlon Maskdır. Biz bürokratiya ilə dolu, hər hansı dəyişiklik istəməyən arxaik bir hökumətlə üz-üzəyik”, - deyə mer “PIX 11” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ “diskli telefon erasından smartfonlar dövrünə keçməlidir”. Hökumət xalqa düzgün xidmət göstərmədiyi üçün dəyişməlidir.